EVDƏ KATETERƏ DÜZGÜN QULLUQ

Fistullu qolunuzdan qan verməyin, təzyiq ölçdürməyin.

Bu qolunuzla ağır yük qaldırmayın, üstündə yatmayın, bu qolu zədələnməkdən qoruyun, qolları sıx geyimlərdən uzaq durun, çox isti və ya soyuqdan qoruyun.

Fistulunuz və ya greftləriniz sizin üçün həyati vacib olmalıdır. Yaxşı fistul keyfiyyətli dializ almaq üçün ilk addımdır. Eyni zamanda çalışmayan fistulu və ya grefti yenisi ilə dəyişəndə sizin üçün həm ağrılı olduğundan həm vaxtın itirilməsindən və artıq xərcin getməsindən xəbərdarıq.

loading...

Dializ seansına gəlmədən əvvəl fistullu qolu ilıq su ilə yuyun və qurulayın. Bu prosedurla dərinizdəki bakteriyaları uzaqlaşdıraraq fistulun onlara məruz qalmasının qarşısı alınır.

Dializ bitdikdən sonra iynənin yerinə bərk basmayın çünki fistulun dayanmasına səbəb ola bilər.

Qanamanın dayanması üçün qolunuza yerləşdirilən spançları (qazlı bezlər) ən az 2 saat saxlamalısız. Bununla fistulu mikroblardan qorumuş olursuz. İynənin giriş yerlərində qızarıqlıq, şişmə, ağrı varsa mütləq həkiminizə xəbər verin.

Mümkün olduqca hər seansda iynənin giriş yeri fərqli nöqtələrdən olmalıdır.

Hər dəfə eyni nöqtədən giriş edəndə incəlmə, yırtılma və durmayan qanamalar ola bilər.

İynənin giriş yerlərini dəyişərək fistulun ömrünü uzatmağa səbəb olur.

Dr. Barat Yusubov

loading...

Bunuda oxu...