EŞİTMƏ ANALİZATORU

EŞİTMƏ ANALİZATORUXarici aləm haqqında məlumatları analizator vasitəsilə alırıq. Hiss üzvlərinin bədənimizin həm xaricində, həm də daxilində baş verən dəyişikilikləri, qıcıqları birinci olaraq reseptorlar qəbul edir. İnsan bədəninin hər hansı bir nahiyəsində bir neçə növ reseptorlar vardır.

Reseptorlar, onlardan oyanmanın nəql edildiyi yol və qabığın müəyyən nahiyəsi tam bir sistem təşkil edir. Burada reseptorlar tərəfindən qəbul edilən qıcıqların analizi aparılır. Pavlov belə sistemi analizator adlandırmışdır.

Məlumdur ki, müxtəlif qıcıqların hər hansı bir analizatora təsiri zamanı onlara məxsus duyğular əmələ gəlir. Səs dalğaları da eşitmə analizatoruna təsir edir. Heyvanlarda olduğu kimi, eşitmə analizatoru insanda da xarici mühitdə baş verən müxtəlif hadisələri bildirən səs dalğalarını qəbul edir. Lakin insanlardan fərqli olaraq, bəzi heyvanlar (həşəratlar) ultrasəs dalğalarını qəbul edə bildikləri üçün insandan yaxşı eşidirlər. Hər hansı vəziyyətini dəyişən cismdən eşitmə orqanına daxil olan səs dalğaları səsin mənbəyi ola bilər.

loading...

Eşitmə mərkəzi beyin qabığının gicgah payında yerləşir. Eşitmə dalğası eşitmə orqanı olan qulaqla qəbul edilir. Qulaq kəllənin gicgah sümüyü nahiyəsində yerləşir. Eşitmə orqanı öz quruluşuna görə üç hissədən ibarətdir.

Xarici qulaq – qulaq seyvanından və xarici qulaq keçəcəyindən ibarətdir. Qulaq keçəcəyi gicgah sümüyünün içərilərinə qədər gedir. Qulaq seyvanı havanın səs dalğalarını tutur və bunları xarici qulaq keçəcəyinə verir ki, bunun da axırında təbil pərdəsi yerləşir. Təbil pərdəsi tarım çəkilmiş vəziyyətdədir, səs dalğaları pərdəni rəqsi hərəkətə gətirir.

Pərdənin rəqsi hərəkətinin amplitudası səs dalğalarının gücündən asılı olaraq mütənasib surətdə artıb-azala bilir. Xarici qulaqda səs keçəcəyinin uzunluğu 2,5 sm, həcmi isə 1 – 3 sm-ə bərabər olur. Qeyd etmək lazımdır ki, səs dalğaları keçəcəkdə dəyişmədən və asanlıqla orta qulağa keçən təbil pərdəsinə ötürülür.

Orta qulaq – təbil pərdəsinin arxasında yerləşmiş kiçik kameradan ibarətdir və içərisində hava var. Xarici və orta qulaqda atmosfer təzyiqinin bərabərliyini tənzimləyən Yevstaxi borusu başlanğıcını orta qulaqdan götürərək burun- boğaz boşluğuna açılır. Orta qulaq kamerasında bir-birilə çox mütəhərrik şəkildə birləşmiş üç kiçik eşitmə sümükləri – çəkic, zindan və üzəngi ayırd edilir.

Çəkic təbil pərdəsinə söykənmiş, üzəngi isə daxili qulağın sərhəddində yerləşmiş oval pəncərənin membranı ilə birləşmişdir. Hər hansı səs dalğaları çəkic sümüyünü dalğalandırır hərəkətə gətirir, çəkic həmin dalğanı zindana,  zindan isə üzəngi sümüyünə ötürməklə qıcıq daxili qulağın oval pəncərəsinə ötürülür. Orta qulaq 3,5 sm uzunluğunda olan eşitmə  borusuyla burun-udlaqla əlaqədar olur.

Qeyd etmək lazımdır ki,bunun mühüm fizioloji əhəmiyyəti var. İnsan yüksək dağa çıxdıqda,təyyarə ilə səmaya qalxdıqda və yaxud  yaxınlıqda güclü partlayış olduqda orta qulaqla xarici mühit arasındakı təzyiqlər fərqi məhz bu boru vasitəsilə tənzim olunur. Yaxınlıqda güclü partlayış zamanı adam ağzını açmalıdır ki,təzyiqlər fərqi bərabər olsun. Əgər ağız açıq olmazsa,təbil pərdəsinə olan yüksək təzyiq nəticəsində o partlayır,bu isə karlıqla nəticələnir.

Daxili qulaq  kəllə boşluğuna girən gicgah sümüyünün içərisində yerləşir. O, boşluqlar və (qıvrılmış) kanallar sistemindən ibarətdir. Bu sümük labirintdir. Labirintin içərisində isə birləşdiricii toxumadan ibarət pərdəli labirint olur. Sümük və pərdəli labirintlər arasında perilimfa mayesi, pərdəli labirintin özünün içərisində isə endolimfa olur. Daxili qulağı orta qulaqdan ayıran oval pəncərədir. Sümük labirint üç hissədən ibarətdir.Mərkəzi hissəsi qapı önü,ön tərəfi ilbiz,arxa tərəfi isə yarımdairəvi kanallar adlanır.Bu mürəkkəb labirintdə ancaq spiral şəklində burulmuş ilbiz eşitmə funksiyası ilə əlaqədardır.

Onun o biri hissələri bədənimizin müvazinətini saxlmaqda mühüm rol oynayır. İlbiz iki yarım dəfə spiral şəklində burulmuş sümük kanaldan ibarətdir. Sümük kanalın diametri əsasında 0,04mm,zirvəsində isə 0,5mm-dir. Sümük spiralın əsas oxundan lövhə keçərək onu iki hissəyə bölür. Orta kanalın-ilbizin spiralı boyunca səsi qəbul edən aparatı yerləşir. Buna spirallar və yaxud Kortiyev orqanı adı verilib.Korti üzvündə beş sıra kirpikli hüceyrə var.

Kirpikli hüceyrələrin üzərində vektorial membran adlı başqa bir membran yerləşmişdir. Pərdənin rəqsi hərəkətləri oval pəncərə vasitəsilə daxili qulağın içərisindəki mayeyə verilir,maye isə öz növbəsində eyni tezlikli rəqsi hərəkətlər etməyə başlayır. Maye dalğalanaraq ilbizdəki reseptorları qıcıqlandırır.

İlbiz kanalı boyunca arakəsmə keçir və bu,ilbizi iki “mərtəbəyə” bölür. Bu arakəsmənin hər bir hissəsi müxtəlif uzunluqda nazik liflərdən əmələ gəlmişdir ki,bunların sayı 24 000-ə qədərdir. İlbizin əsasında gödək liflər,zirvə hissəsində isə ən uzun liflər olur. Xüsusi neyronların dendritlərlə kirpikli hüceyrələr arasında sinapslar vasitəsilə rabitə yaranmış olur.Eşitmə sinirinin lifləri bu neyronların aksonlarından təşkil olunmuşdur. Məhz eşitmə siniri də vestibulyar  sinirilə ilbizin sinir liflərindən təşkil olunmuşdur.

Bu sinirin tərkibində təxminən 30 minə yaxın sinir lifi olur. Bu sinir liflərinin hər biri ayrılıqda iki kirpili hüceyrə sinir impulsunu qəbul edir.Qəbul edilmiş bu impulslar həmin lifin özünə uyğun olan səs dalğalarıdır ki,bu dalğaları aralıq və uzunsov beyindəki neyron dəstəsinə ötürür,bu sinir impulsları beyin qabığının mərkəzi eşitmə sahəsinə verilir.

Səs dalğaları xarici qulağın səs keçəcəyindən keçərək təbil  pərdəsinə çatıb,rəqsi hərəkətlər yaradaraq,onları çəkic,zindan və üzəngi sümüklərinə ötürür. Bu sümüklərdən keçərək oval pəncərənin membranına çatır ki,bu membranın rəqsi hərəkətlərinin yaranmasına səbəb olur. Oval pəncərənin membranında rəqsi hərəkətlər 60-70 dəfə kiçilir. Ancaq bu rəqslərin tezliyi və qüvvəsi 60-70 dəfə artır.

Rəqsi hərəkətlər bu membrandan ilbizə daxil olaraq onun üst və alt kanallarındakı perilimfaya ötürülür. Dalğalar bazilyar membranın müvafiq sahəsində birləşmiş kirpikli hüceyrələri hərəkətə gətirir və onların membranında oyanma baş verir. Axırıncı olaraq bu oyanmalar sinir impulslarına çevrilərək müvazinət-eşitmə siniri vasitəsilə eşitmə mərkəzi sahəsinə çatdırılır.

Bədənimizin hansı vəziyyətdə olduğunu və onun yerdəyişməsini hiss edir və qavra-yırıq.Biz hər hansı bir yıxılma anında vəziyyəti başa düşənə qədər, bədənimizin bir sıra əzələləri yığılaraq onu normal vəziyyətə qaytarır.

Müvazinət orqanı-vestibulyar aparat tərəfindən bədənimizin vəziyyətinə nəzarət edilir. Məsələn idmanla məşğul olanlar onun köməkliyi ilə mürəkkəb hərəkətlər edir. Vestibulyar aparat bir müstəvidə yerləşən və bir-birilə perpendikulyar olan üç yarım dairəvi kanal,dairəvi və oval kisəcikdən ibarətdir.

Fəzada bədənimizin vəziyyətini, xətti və bucaq təcilini daxili qulaqdakı kisəciklərin və yarımdairəvi kanalların reseptorları qavrayır. Onların boşluğunda maye, divarında isə çoxlu reseptor hüceyrələr vardır. Başın və bədənin hər hansı hərəkəti zamanı maye yerini dəyişib yarım dairəvi kanallardan birinə dolub tükcüklərə təzyiq edərək, reseptorları oyadır.

Oyanma yəni bədənin vəziyyətinin dəyişməsi haqqındakı məlumat baş beyinə daxil olur. Kisəciklərin divarında da uclarında hissedici tükcükləri olan reseptor hüceyrələr vardır. Həmin reseptor hüceyrələrin hissedici hüceyrələrinin tükcuklərinə xüsusi əhəng kristalları təsir edir.Ona görə də dairəvi və oval kisəciklərə otolit üzvü də deyilir.

Başın və bədənin hər hansı hərəkəti zamanı bədənimizin vəziyyətinin dəyişməsi mayenin və əhəng kristallarının yerini dəyişməsinə səbəb olur. Və nəticədə kisəciklərin və yarımdairəvi kanalların reseptorları oyanır.Bu vaxt əmələ gələn sinir impulsları vestibulyar sinir ilə baş beyinə ötürülür. Nəticədə bədənimizin əzələlərinin yığılması və açılması sayəsində müvazinət tənzim olunur.

loading...

Bunuda oxu...