ERKƏN DOĞUMA GƏTİRƏN RİSK FAKTORLARI

Erkən doğuş hamiləliyin 37 həftəsindən əvvəl doğuşdur. Körpələri təxminən 10% erkən doğulmaqdadır. Həmçinin yenidoğulmuşların ölümünün 75% -ni erkən doğuş səbəbi ilə olur.

Erkən doğuma gətirən risk faktorları hansılardır?

Öncəki hamiləlikdə erkən doğum təhlükəsi yaşamaq

loading...

Öncəki hamiləlikdə erkən doğum olması

Çoxdöllü hamiləlik

Uşaqlıq ağzına daha əvvəl edilmiş müdaxilələr

Uşaqlıq içərisində divar (septum) və miomanın olması.

Hamiləlik dövründə infeksiya keçirmək , xüsusi ilə böyrək iltihabının olması .

Hamiləlik dövründə cərrahi əməliyyat keçirmək .

Siqaret və narkotik istifadə etmək.

Hamiləliyin ilk və ya II trimestrində qanaxmalar.

Nəzarət olunmayan hamiləlik.

Uşaqlıqda spiral varkən ( hamiləliyin qarşısını almaq üçün ) hamilə qalmaq.

Dölün ölmüş olması

Hamiləlik dövrünün düzgün hesablanmaması

Diaqnozu: Əgər uşaqlığın ağzında yumuşalma və yığılma başlanıbsa erkən doğum ehtimalı var. Lakin bu həftədə özünü doğrultmur.

Fetalfibrinonektin testi: Fetalfibrinonektin erkən doğuş ehtimalı olduqda 2 həftə ərzində doğuşun olub olmayacağını göstərən 24 – 34 hamiləlik həftələri arasında vaginal axıntıda təsbit edilən bir zülaldır. Uşaqlığın ağzına yaxın hissədən götürülmüş materialdır, bu zülal aşkarlanarsa həkim yataq rejimi, istirahət, bəzi preparatlar təyin etməklə erkən doğuşun qarşısını ala bilər.

loading...

Bunuda oxu...