ERKƏN DOĞULMUŞ KÖRPƏLƏRDƏ BOY ARTIMI

Körpə37-ci hamiləlik həftəsindən erkən doğulan uşaqlar prematur yenidoğulmuşlar adlanır.

SGA, ingiliscədən small for gestational age, hamiləlik həftəsinə görə hesablanmış kilo və boyun – 2 SDS  altında olması, az çəkili yenidoğulmuşlar adlanır.

Hamiləliyin 3-cü trimestri kritik bir dövrdür. Bu dövrdə əlvərişsiz amillərə SGA körpələr ana bətnində, prematur körpələr isə xarici mühitdə məruz qalırlar. Bu səbəbdən də, bu 2 qrup yenidoğulmuşlarda, həyatlarının irəliləyən illərində oxşar endokrin və digər patologiyalar rastlana bilir.

loading...

İnsulin, İGF-1, İGF-2, İGFBP-3 bətndaxili dövrdə böyüməyə təsir göstərən ən önəmli hormonlardır. Hamiləliyin sonlarına doğru bunların qanda səviyyələri artır.

Postnatal dövrdə böyümədə bu artışın çox önəmli rolu vardır.

Bu uşaqlarda boy və çəkidə böyümədə yaşıdlarına çatma, əsasən, sürətlə 6-12 ayda olur.

Ümumən götürsək, doğuş boyuna, prematur və SGA dərəcəsinə, valideyin boylarına görə bəzi fərqliliklər olsa da, 18 ayında baş çevrəsinin, 30-36 aylarında kilo və boyun yaş normallarına gəlməsi gözlənilir.

Lakin, SGA və prematur doğulan uşaqların 10-15 % böyümədə yaşlarına uyğun göstəricələrə, böyümədə çatma, çata bilmirlər və boyları 3 persentilin altında qalır.

Cinsi inkişaf dövründə boy sıçramaları zəif olur. Və yekun boyları ortalama boydan təxmini 12 sm qısa qalır.

Bu səbəbdən, bu uşaqlarda böyümə sürətinin hesablanması, boy-kilo uyğunluğu, yaşa görə normal boy göstəricilərinə çatmaqdan savayı, genetik müəyyənləşmiş hədəf boyuna çatması, uşağın 2-3 yaşına qədər diqqətlə izlənməlidir.

2-3 yaşlarında böyümədə yaşıdlarına çatmayan SGA uşaqlara böyümə hormonu ilə müalicə başlanılmalıdır.

Dr. Ləman Sultanova

loading...

Bunuda oxu...