ERİTROSİT SİSTEMİNİN POZULMASI

Nisbi sabitliyə malik olsa da, orqanizmin ayrı-ayrı inkişaf və böyümə dövrlərində qanın tərkibi müəyyən istiqamət və dərəcədə dəyişikliyə uğrayır. Qan sistemində müxtəlif orqan və sistemlərin xəstəliklərinin simptomları olan pataloji dəyişikliklər və bu sistemin özünün müstəqil xəstəlikləri ayırd edilir.

Qanda eritrositlərin sayının azalmasına anemiya, artmasına eritremiya və ya polisitemiya, leykositlərin sayının azalmasına leykopeniya, artmasına leykositoz, trombositlərin sayının azalmasına trombositopeniya, armasına trombositoz deyilir.

Anemiyalar 3 böyük qrupa bölünür:

loading...
  1. Posthemorragik (qanitirmədən sonra inkişaf edən) anemiyalar.
  2. Qanyaranmanın pozulması nəticəsində törənən anemiyalar
  3. Hemolitik anemiyalar

Anemiyalar. Qanazlığı adı ilə tanınan bu patoloji vəziyyət vahid həcm qanda eritrositlərin və hemoqlobinin azalması ilə xarakterizə edilir. Anemiya zamanı eritrositlərin miqdarının azalması ilə yanaşı onların struktur tərkibi də dəyişir və keyfiyyətcə yeni formalar meydana gəlir. Anemiyanı əmələ gətirən etioloji faktorlar çoxdur.

Onlardan kimyəvi maddələr, ionlaşmış radiasiya, viruslar, qan parazitləri (piroplazmidlər), müxtəlif xəstəliklər qaraciyər, böyrək, sinir sistemi xəstəlikləri, qanyaradan orqanların bədxassəli  şiş xəstəlikləri, qidada zülalların, dəmir, kobalt, vitaminlərin qıtlığı və başqalarını göstərmək olar. Bütün bunlarla yanaşı qanitirmələr, eritrositlərin lizisinə səbəb olan immun və autoimmun reaksiyalar zamanı anemiyalar yarana bilər. Anemiyalar həm də müxtəlif xəstəliklərin fəsadı kimi meydana çıxır.

Posthemorragik anemiyalar. Yaralanma və ya daxili orqanlardan daxilə şiddətli qanaxma ilə əlaqədar qanitirmə kəskin anemiyaya səbəb olur. Qəflətən xəstənin rəngi avazıyır, dərisi yapışqan tərlə ortülür, tənəffüsü tezləşir, nəbzi zəiflyir, başgicələnmədən, qulaqlarda küydən, ürəkdöyünmədən, susuzluqdan, zəiflikdən şikayətlənir. Bayıla bilər.

Dövr edən qanın 25 %-ı itirildikdə, toxumalarda hipoksiya törənir və orqanizmdə kompensator dəyişikliklər əmələ gəlir: damarların spazmı arterial təzyiqin çox enməsinin qarşısını alır, depolardakı qan damarlara keçib, dövr edən qanın həcmini artırır,d aha sonra qanyaranma prosesi sürətlənir.

Babasil, mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi, uşaqlıqdan qanaxma, hemofiliya zamanı orqanizmin tez-tez az miqdarda qan itirməsi xroniki anemiyaya səbəb olur. Müxtəlif orqan və sistemlərdə qanaxma tədrici olduqda belə anemiya yarana bilər. Birdən-birə çoxlu qan itirmələrdə anemiya yaradır. Bu prosesdən 2-3 həftə keçdikdən sonra qanın həcmi və tərkibi tədricən bərpa olunur.

Xroniki anemiyalar zamanı sümük iliyinin fəaliyyətinin tükənməsi ilə əlaqədar olaraq areqenerativ anemiya əmələ gələ bilər. Belə halda orqanizmdə kompensator fəaliyyət kimi ekstramedullyar qanyaranma yəni dalaqda, qaraciyərdə, limfa düyünlərində qanyaranma ocaqları meydana çıxır.

Qanyaranmanın pozulması nəticəsində törənən anemiyalar. Qanyaranmanın pozulmasının əsas səbəblərini nəzərə almaqla bu anemiyaları aşağıdakı kimi qruplaşdırmaq olar: Qanyaranmada iştirak edən amillərin çatışmazlığı ilə əlaqədar anemiyalar: dəmir, B12 vitamini, fol turşusu çatışmazlığı nəticəsində törənən anemiyalar, xlorozlar, Addison-Birmer xəstəliyi (bədxassəli və ya pernisioz anemiya) və s.

Sümük ilyinin zədələnməsi və funksiyasının pozulması nəticəsində törənən anemiyalar: hipoplastik və aplastik anemiyalar. Orqanizmin antianemik amillərdən (B12 vitamini, dəmir və s.) istifadə edə bilməməsi ilə əlaqədar olan anemiyalar da buraya aiddir. Hipoplastik və aplastik anemiyalar irsi və qazanılma ola bilər.

Bədxassəli anemiyanın da irsi xarakter daşıdığı güman edilir. Bu xəstəlik tədricən inkişaf edir. Xəstələrin dərisi solğun, sifəti şişkin olur, zəiflikdən, başağrısından, başgicələnmədən, ürəkdöyünmədən, təngnəfəslikdən, tez yorulmadan və s. şikayətlənirlər. Bəzi xəstələrin həzm sistemində (ürəkbulanma, gəyirmə, islah) və sinir sistemində (hissiyatın, yerişin pozulması və s.) dəyişikliklər törənir.

Hemolitik anemiyalar. Eritrositlərin sürətlə hemolizə uğrayaraq parçalanması (damar daxilində, həmçinin dalaqda, sümük iliyində, qaraciyərdə və s.) nəticəsində əmələ gəlib, irsi (orağabənzər hüceyrəli anemiya, sferositar anemiya ,talassemiyalar və s) və qazanılma olur.

İrsi forma zamanı dəmir, kobalt, arsen preparatları verilir, dalaq: qazanılma anemiyalar əsasən korti-kosteroidlərlə müalicə edilir. Bunun xarakterik xüsusiyyətləri ondan ibarətdir ki, eritrositlər qan damarlarında və yaxud fizioloji «öldükləri» yerə parçalanması sürətlə gedir. Bu hemolizi edən amillərdən müxtəlif kimyəvi maddələri: fenilhidrazin, nitrobenzol, bertole duzu, arsen (ASH3), UB şualar, yanıqdan sonra əmələ gələn toksiki maddələr, ilan, köbələk zəhərləri və başqalarını göstərmək olar.

Hemolitik anemiyalar zamanı eritrositlər qaraciyərdə, dalaqda şiddətlə parçalanır, həmin orqanlar böyüyür, nəticədə qanda bilirubinin miqdarı hədindən artıq çoxalır, dəri, selikli qişalar, gözün ağı sarı rəngə boyanır. Sidiklə urobilinin xaric olunması sürətlənir.

Hemoliz getdikcə, onun parçalanma məhsulları çoxaldıqça qanyaradan orqanların reqenerator xüsusiyyəti artır, kompensator mexanizmlər işə düşür. Qanda retikulositlər, normoblastlar, poykilositlər və anizositlər görünməyə başlayır. Bunlar ilk əlamətlərdir. Tədricən qanyaranma zəifləyir və hemolitik anemiya başlayır.

Aplastik anemiyalar. Bu növ anemiyanın xüsusiyyəti ondan ibarətdir ki, burada eritrositlərin sintezi və formalaşması müşahidə edilmir. Apllastik Anemiya yemin tərkibində qidalı maddələrin çatışmazlığı, B12, vitamini fol tur-şusu, Co, Cu, Mn, Fe, sink və başqa mikroelementlər azaldıqda da baş verir.

Eritremiya. Bu zaman eritrositlərin artması ilə yanaşı tərkibində hemoqlobinin miqdarı normadan çox olan eritrositlərdə artır. Bu qan yaradan sistemin xəstəliyi olub sümük iliyi hüceyrələrinin hiperplaziyası ilə xarakterizə edilir. Bu zaman belə halda qanın miqdarı çoxalır və damar divarı müqavimətinə rast gəlməsi nəticəsində qan təzyiqiyüksəlir. Nəticədə ürəyin fəaliyyəti çətinləşir, kapilyarlarda qanın sürəti zəifləyir, tromb əmələ gəlməsinə meyl yüksəlir. Hiperemiya nəticəsində dəri albalı rəngdə olur.

Anemiyalar zamanı nəinki eritrositlərin miqdarı, onların hemoqlobinlə zənginliyidəyişir, həm də periferik qanda eritrositlərin patoloji formaları meydana gəlir. Bu patoloji eritrositlər nəinki formaca, quruluşca, ölçüsü etibarı ilə hətta müxtəlif rənglərlə boyanma qabilliyyətinə görə də bir-birindən fərqlənir.

Safura Sərdarqızı

loading...

Bunlarıda bəyənə bilərsiniz ...