EREKTİL DİSFUNKSİYA

İmpotensiyaErektil disfunksiya cinsi təcrübədə ereksiyaya nail ola bilməmək və ya əldə edilmiş ereksiyanın sona qədər saxlaya bilməməkdir.

Erektil disfunksiya adətən yaşlı kişilərdə rast gəlinir. Çünki ereksiya qabiliyyəti yaş artdıqca azalan tendensiya üzrə enir. Erektil disfunksiya aşağıdakı hallarda rast gəlinir: penisə gələn qan damarlarının mənfəzi tutular və ya daralarsa, ereksiyanın başlanma mexanizminə sinir siztemi səviyyəsində maneə pozarsa, cinsi həvəs yəni libido azalarsa.

Aşağıdakı xəstəliklər damar mənfəzini tutaraq və ya daraldaraq erektil disgunksiyaya səbəb olurlar: şəkərli diabet, artetial hipertenziya, dağınıq skleroz, sinir zədələnmələrində, hormonal disbalans, atetosklrtoz, ürək xəstəlikləri.

loading...

Sağlam olmayan həyat tərzi erektil disfunkdiyanın yaranmasında fərdi səbəb kimi təxmin edilir. Kişidə mövcud cinsi zəiflik aşağıdakı hallarda daha da dərinləşir: artıq çəkinın varlığı, alkoqola aludə, siqaretdən asılılıq, dərmanların davamlı istifadəsi. Əsasən qeyd olunan antihipertenziv, antipsixotik, anyidepressant, triankvlizator dərmanların əlavə təsiri cinsi zəifliyə səbəb olur.

Erektil disfunksiyanın baş vermə mexanizmində psixoloji səbəb önəmli rol oynayır. Stressdən, qorxudan, qəmginlikdən, qərarsızlıqdan, kədərdən əziyyət çəkən və münasibətində problem yaşayan kişilər erektil disfunksiyadan əziyyət çəkirlər. Tez tez cinsi zəiflik fiziki və psixoloji problemlərin kombinə olmasından qaynaqlanır. Erektil disfunksiyadan əziyyət çəkən kişilərdə aşağıdakı əlamətlər olur: ereksiyaya çox çətinliklə nail olurlar, mövcud ereksiyanın saxlaya bilmirlər, cinsi həvəs və seksual istəkləti azalır.

Müalicədə həyat tərzinin dəyişdirilməsi müdaxilə tələb etməyən tərəfidir. Bura siqareti çəkməyi buraxmaq, spirtli içkilərin qəbulunu tam məhdudlaşdırmaq, artıq çəkidən azad olmaq, əlavə təsirli dərmanları istifadə etməmək, fiziki aktivliyi artırmaq aiddir.

Cinsi zəifliyin müalicəsində dərmanlar həkim nəzarəti altında təyin olunmalıdır. Çünki lazımı anda dəyişdirilməsinə və ya dayandırılmasına ehtiyac ola bilər. Erektil disfunksiyada psixoterapiyaya ehyiyac ola bilər. Cinsi partnyorla da bu problemin müzakirə edilməsi önəmlidir. Dərman olaraq fosfodiesterazamın inhinitorları və testosteron istifafə edilir. Adətən həb halında daxilə, inyeksiya halında penisin cisminə və başına təyin edilir. Əlavə təsirlər barədə pasient həkim tərəgkndən mütləq xəbərdarlıq olunmalıdır.

Dr. Rauf Kazımov

loading...

Bunlarıda bəyənə bilərsiniz ...