EREKSİYA NECƏ BAŞ VERİR?

Beyinə siqnalın daxil olması

Erotik gorüntüyə və ya obyektə baxanda məlumat birbaşa beyinə daxil olur. Xüsusi mərkəzdə analiz olunur .

Dofamin adlı maddənin aktivləşməsi

loading...

Beyinin ilk reaksiyasi dofaminin ifrazıdır. Bu maddə müsbət emosiyalar, qida qəbulu, seks, seksual görüntülər vaxtı artır. Stress zamanı böyrəküstü vəzdə kortizol adlı stress hormonu ifraz olunur ki, bu da dofaminin ifrazını tormozlayır. Nəticədə ereksiya zəifləyə bilir .

Bədən komanda verir

Dofamin əmələ gəlmiş siqnalın beyindən onurğa beyninə və oradan penisə geden sinirlərə ötürür. Daha sonra penisin sinir uclarında asetilxolin adlı maddə ifraz olunur ki, bu maddə qan damarlarına NO2-nin ifrazını təmin edir.

Qanın penisə tərəf hərəkəti

NO2 penisin mağaralı cismini və burdakı qan damarlarını genişləndirir. Qan boşalmış və genişlənmiş sahələrə dolur. Mağaralı cisimlər qanla dolub şişir ve yaxında yerləşən venaları, yəni qanı penisdən aparan damarları sıxır, qanın geriyə axını dayanır və nəticədə ereksiya baş verir.

Bu mexanizmi yazmaqda məqsəd odur ki, biləsiniz əgər siz stresslə yaşayırsınızsa, cinsi əlaqə vaxtı gərginlik keçirirsinizsə erektil disfunksiya problemi qaçılmazdır.

Dr. Termur Məmmədov

loading...

Bunuda oxu...