EPİSPADİYA

Epispadiya  sidik dəliyinin penisin insan üzünə baxan qisimində pubis sümüyündən penisin ucundakı ətli qismi olan glans penisə qədər hər hansı bir yerdə açılmasıdır. Buna görə də sidik dəliyi qız ya da oğlan uşaqlarında pubis sümüyünə olması lazım olandan daha yaxın bir yerdə olur.

Epispadiya nadir görülər (oğlanlarda 1 / 120.000, qızlarda 1 / 450.000 nisbətində) və hər zaman kosmetik görünüş xaricində sidik qaçırma ilə özünü göstərər.

Sidik dəliyinin yuxarıda yerləşməsi və sidik qaçırma problemindən başqa oğlan uşaqlarında penisin yuxarıya doğru çəngəl şəklində əyilmiş və normaldan daha qısa və qalın olması da olduqca sıx rast gəlinən bir haldır.

loading...

Epispadiyada cərrahiyə əməliyyatının edilmə səbəbləri:

Oğlan uşaqlarında sidik kanalının və sidik dəliyinin penisin ucuna qədər uzadılması. Qız uşaqlarda isə sidik dəliyinin klitorisin arxasına və vaginanın daxili dodaqlarının arasına köçürülməsi;

Sidik tutma mexanizminin düzəldilməsi;

Böyrəklərin qorunması.

Cərrahiyə əməliyyatı 6-18 aylıq körpələrdə sidik tutmada problemi olmadığı və ya yüngül formada olduğu halda icra edilə bilər. Tam epispadiyası olan uşaqlarda isə 3-4 yaşına qədər gözlənilir.

Dr. Allahverdi Musayev

loading...

Bunuda oxu...