EPİLEPSİYALI QADINLAR HAMİLƏ QALA BİLƏRMİ

Epilepsiya xəstələri hamilə qala bilər və dünyaya sağlam uşaqlar gətirə bilər. Amma ilk və əsas məsləhətimiz: kontrolsuz şəkildə planlaşdırmadan hamilə qalmayın.

Hamiləlikdən ən az 3 ay əvvəl həkiminizlə görüşüb dərmanın dozasını ayarlayın və folium turşusu içməyə başlayın.

Bu vəziyyət dərmanların körpənizdə yarada biləcəyi əks təsirləri ən minimuma çatdıracaq. Əgər plansız olaraq artıq hamiləlik baş veribsə, ilk növbədə həkiminizə müraciət edin və həkiminiz söyləmədən dərmanların qəbulunu dayandırmayın.

loading...

Hamiləlik tutmalara təsir edə bildiyi üçün həkiminizin təyin etdiyi dozada dərmanlarınızı qəbul etməyə davam edin. Unutmayınki, epileptik tutmanız və bu anda yıxılmaq, harasa dəymək kimi hallar körpənizə zərər verə bilər. Sizin epilepsiya xəstəsi olmanız, övladınızın da epilepsiya olmasına demək deyildir.

Dr. Nərgiz Ağayeva

loading...

Bunuda oxu...