EPİLEPSİYA

Epilepsiya geniş yayılmış nevroloji xəstəlikdir. Epilepsiya təkrarlanan tutmaları ilə xarakterikdir. Yunan sözü olub yıxılıram deməkdir. Epileptik tutma dedikdə hərəkətin, şüurun, duyğuların, davranışın və digər bədən funksiyalarının müvəqqəti olaraq dəyişməsi nəzərdə tutulur.

Epileptik tutmalar böyük və kiçik olmaqla iki cür olur. Böyük epileptik tutmalarda orqanizmin bir neçə funksiyasının eyni anda pozulması baş verir. Baş beynin xroniki xəstəliyi olan epilepsiya 2 yolla qazanılır: İrsi və Sonradan qazanılan.

İrsi səbəblərə aydın olduğu kimi genetik faktorlar təsir edir. Sonradan qazanılan epilepsiyaya isə beyin travmaları doğuşda və ya qəzada, iltihabi xəstəliklər, mərkəzi sinir sistemi infeksiyaları, beyin şişi, meningit, ensefalit, revmatizm, spirtli içkilərdən zəhərlənmə və sarələri aiddir.

loading...

Epilepsiyanın dəqiq yaş həddi yoxdur, hər yaşda bu xəstəliyə tutulmaq mümkündür. Yoluxucu deyil. Dünya əhalisinin təxminən 65 mln nəfəri epilepsiya ilə ömrünü sürdürür. Epilepsiyanın aşkar edilmiş 40 fərqli növü vardır.

İnsanların təxminən 5% – ı işığa həssas, yanıb sönən işıqlara məruz qaldıqda, olan epilepsiya növünün daşıyıcısıdır.

Epilepsiyanın qarşısını almaq üçün qorunma yollarına əməl etməkdə fayda var. Məsələn travmaların qarşısını almaq üçün qoruyucu papaqlardan, təhlükəsizlik kəmərindən, infeksiyalara qarşı peyvəndlərdən istifadə, alkoqollu içkilərdən imtina və sarə.

Epileptik xəstələrin müalicəsi mümkündür. Onlar normal insanlar kimi həyatlarını sürdürə bilirlər. Epilepsiya qədim xəstəliklərdəndir. Hətta qədimdə bu xəstəliyə “ilahi xəstəlik”, “Herkules xəstəliyi ” adlarını da veriblər.

Mənbə: HomoScience Birliyi

loading...

Bunuda oxu...