EPİLEPSİYA

Epilepsiya baş-beyinin xroniki xəstəliklərinə aiddir. Əsas aparıcı əlaməti tez-tez xəstədə epileptik tutmaların olmasıdır. Bu xəstəlik müxtəlif formada olan tutmaları ilə tanınır.

Epiletik tutmalar 2 yerə bölünür: kiçik və böyük tutmalar. Epilepsiyalı insanların xarakterik görünüşü və ya davranışı da olur. Onların gözlərinə baxsanız soyuq parlaqlıq, narahatlıq görə bilərsiniz, epilepsiyanın bir neçə saniyə davam edən “absans” tipli formlarından tutmuş tutmaları dövri şəkildə təkrarlanaraq uzun müddət davam edən Epileptik statusa qədər formaları var.

Gecə epileptik tutmaları deyilən bir hal var ki bu zaman tutmaların əmələ gəlməsi yuxu ritminin dəyişməsi ilə əlaqədar olur. Bu zaman yuxuda olan şəxs ayılaraq xaotik, əl-qol hərəkətləri edir. Adətən epileptik tutmalar baş verməmişdən qabaq xəstədə aura deyilən bir hal baş verir, sanki xəstə hiss edir ki onda tutma baş verəcək.

loading...

Aura özünü narahatlıq, başgicəllənmə, görmənin zəifləməsi kimi biruzə verir. Qazanılma epilepsiyada isə kəllə beyin travmaları, beyin toxumasının şişləri, qansızma, alkoqol zəhərlənməsi və s təsirindən beyində oyanıq sahə yaranır.

Epileptiklər normal həyat sürə bilirlər

Epilepsiya ətrafdakılar üçün təhlükə törətmir, sadəcə onlar əsəbi ola bilirlər

Epilepsiya hazırda müalicə olunur.

Epilepsiya sindromuna səbəb olan amillər:

İltihabı xəstəliklər

Meningit

Ensefalit

Zəhərli zob

Qaraciyər xəstəlikləri

Revmatizm

Hədsiz insulin qəbulu

Kalsium çatışmazlığı.

Epilepsiya 2 cür olur: irsi-genetik faktor və sonradan qazanılmış. Sonradan qazanılmış epilepsiyaya doğuş və ya qəza vaxtı zədə almaq daxildir. Bəzən doğuş vaxtı uşaqlar zədə alır. Həmin zədə nəticəsində beyində kista əmələ gəlir. Bu kista 20-25 il sakit qala bilr, bəzənsə heç özünü göstərməz. Amma hamiləlik dövründə kista daha da böyüyəcək, beyində qıcolmalar başlayacaq. Bu xəstəlik müxtəlif formada olan tutmaları ilə tanınır.

Epiletik tutmalar 2 yerə bölünür: kiçik və böyük tutmalar. Epilepsiya xəstəliyinin səbələrindən ən çoxu beyin travmaları ilə əlaqədardır. Travmanın növü (anadangəlmə və ya qazanılma) təyin olunur. Travmadan sonrakı çapıq dəqiqliyi görünür, nevroloqun müalicəsində onun böyük əhəmiyyəti var. Ən vacibi beyindəki həcmli proseslərin diaqnostikasıdır ki, bu diaqnozun erkən qoyulması xəstəliyin vaxtında aşkar olunub müalicə edilməsinə imkan yaradır.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...