EPİDEMİOLOGİYA  NƏDİR

EpidemiyalarEpidemiologiya insanın yoluxucu xəstəliklərinin yaranması, yayılması və profilaktikası qanunauyğunluqlarını öyrənən elmdir. Onun maraq dairəsinə törədicinin təbiətdə saxlanması, kollektiv immunitetin formalaşması, insanların fəaliyyətinin infeksiyamn yayılmasına təsiri, yoluxucu xəstəliklərin təkamülü və yeni törədicilərin yaranması kimi məsələlər daxildir.

Bəşəriyyət tarix boyu kütləvi, bəzən isə dağıdıcı yoluxucu xəstəliklərlə qarşılaşmışdır. Müəyyən illərdə insanların yoluxucu xəstəliklərdən ölüm göstəricisi 70%-ə çatmışdır. Yoluxucu xəstəliklərin vurduğu zərəri təsəvvürə gətirmək üçün təkcə onu demək kifayətdir ki, 1918-1919-cu illərdə qrip pandemiyası dövründə dünyada 20 mln. insan məhv olmuşdur.

İqtisadi cəhətdən geri qalmış, inkişaf etməkdə olan ölkələrdə ölümün səbəbləri içərisində əvvəlki kimi infeksiyalarm xüsusi çəkisi yüksəkdir. Hazırda Afrikanın bəzi ekvatorial ölkələrində İİV-infeksiya böyük yaşlı əhalinin ölümünün səbəbləri arasında üçüncü yerdə durur.

loading...

İlkin olaraq epidemiologiya yoluxucu xəstəlikləri öyrənən elm kimi təşəkkül tapmışdır. Lakin sonralar burada istifadə edilən metodlar qeyri-infeksion xəstəliklərin öyrənilməsində də tətbiq olunmağa başlandı. Bunun nəticəsində «yoluxucu xəstəliklərin epidemiologiyası» və «qeyri-yoluxucu xəstəliklərin epidemiologiyası» anlayışı formalaşdı ki, onların hər ikisinin məqsəd və vəzifələri eynidir.

XX əsrin aparıcı epidemioloqlanndan sayılan V.D.Belyakov yoluxucu xəstəliklərin epidemiologiyasını əhalinin ayrı-ayrı qruplarının xəstələnməsinin qarşısının alınması, ümumi əhalinin xəstələnmə göstəricilərinin azaldılması və ayrı-ayrı infeksiyaların ləğv edilməsi üzrə nəzəri, metodik, təşkilati və praktik biliklərin, metodların və vasitələrin sistemi kimi müəyyən etmişdir.

Xaricdə epidemiologiya konkret populyasiyaların sağ. lamlığını və xəstələnmə vəziyyətlərinin paylanmasını, həmçinin onları şərtləndirən amilləri öyrənən və əldə olunmuş bilikləri patoloji hallarla mübarizədə tətbiq edən elm kimi təyin edilir.

Beləliklə, xaricdə epidemiologiya həm yoluxucu, həm də somatik xəstələnməni öyrənən elm kimi nəzərdən keçirilir.

Yoluxucu xəstəliklərin epidemiologiyasının əsas vəzifələri bunlardır:

  • yoluxucu xəstəliklərin tibbi və sosial-iqtisadi əhəmiyyətinin öyrənilməsi, xəstəliklərin strukturunda onların yerinin müəyyən edilməsi;

  • yoluxucu xəstəliklərin yayılmasının ilin fəslindən, xəstələrin cinsindən, yaşından, sənəti, məişət və milli fərqlərindən asılı olaraq aşkar edilməsi;

  • yoluxucu xəstəliklərin yayılmasında müxtəlif səbəb və şərtlərin rolunun qiymətləndirilməsi;

  • yoluxucu xəstəliklərlə mübarizə və profilaktikanın strategiya və taktikasının işlənib hazırlanması;

  • yoluxucu xəstəliklərin yayılmasının proqnozlaşdırılması.

Epidemiologiyanın bir elm kimi yaranması tarixini Hippokratla bağlamaq lazımdır – o, 2000 il əvvəl yoluxucu xəstəliklərin əmələ gəlməsinə ətraf mühit amillərinin təsir etdiyini söyləmişdir. Təcrübəyə arxalanaraq qədim dünya təbibləri epidemiyalarla mübarizədə bir sıra tədbirlərdən istifadə etmişlər: xəstə şəxslərin şəhərdən uzaqlaşdırılması, xəstələrin və ölənlərin əşyalarının yandırılması, xəstəlik keçirmiş şəxslərin xəstələrə qulluq məqsədilə cəlb edilməsi.

Avropada XIV əsrdə karantiıı tətbiq olundu, cüzamlı xəstələrin ictimai yerlərə getməsi, quyulardan yararlanması qadağan olunmuşdur. Rusiyada XVI əsrin əvvəlində «qorxulu xəstəliklərdon» ölənlərin dəfn mərasiminin yerinə yetirilməsinə qadağa qoyulmuşdur: onları ayrıca qəbiristanda basdırırdılar.

Lakin əsrlər boyu yoluxucu xəstəliklərlə mübarizədə təsadüfi metodlardan geniş istifadə olunurdu. Epidemiologiyanın elm kimi ilkin əsasları XVI əsrdə İntibah dövrünün italyan alimi Cirolamo Frakastro (1478-1553) tərəfindən verilmişdir. Oz əsərlərində o, yoluxmanın üç yolunu göstərmişdir: vasitəsiz tomas zamanı, vasitəli və məsafədən.

Frakastro ilk dəfə olaraq, tibbi mənada «infeksiya» terminini tətbiq etmiş və təbii çiçək, qızıca, taun, vərəm, quduzluq, cüzam, səpgili yatalaq və s. kimi xəstəlikləri təsvir etmişdir. Beləliklə, o bir elm kimi yoluxucu xəstəliklərin klinikasının və cpidemiologiyasınm əsaslannı qoymuşdur.

Rusiyada epidemiologiyanın sərbəst elm kimi formalaşması Samoyloviçin (1724-1810) adı ilə bağlıdır. Bu alim epidemiyaların kontagioz tobiotini müəyyən etmiş, onun əsərləri isə taunla mübarizəyə həsr olunmuşdur.

XIX əsrin sonu XX əsrin əvvəlində Paster, Kox, Meçnikov, İvanovski və sairə kimi görkəmli alimlərin tədqiqatları sayəsində epidemiyaların infeksion təbiəti sübuta yetirildi, bir çox yoluxucu xəstəliklərin törədiciləri aşkar edildi. Bütün bunlar epidemio- logiyanın elmi fənn kimi formalaşmasına imkan yaratdı.

Yoluxucu xəstəliklərin epidemiologiyasının sonrakı inkişafı Zabolotnının (1866-1929) fəaliyyəti ilə bağlıdır. Onun tələbəsi görkəmli rus epidemioloqu Qromaşevski (1887-1979) infeksiyanın yoluxma mexanizmi haqqında təlimi işləyib hazırlamışdır.

Epidemiologiyanın inkişafına digər alimlər də böyük töhfə vermişlər.

Yoluxucu xəstəliklərin epidemiologiyası ümumi və xüsusi hissədən ibarətdir. Ümumi epidemiologiya yoluxucu xəstəliklərin profilaktikasının ümumilikdə nəzəri, metodik, təşkilati və praktik əsasları, xüsusi epidemiologiya isə ayrı-ayrı nozoloji formalar haqqında biliklərin məcmuyudur. Ümumi epidemiologiya yoluxucu (parazitar) xəstəliklərdə epidemik prosesin yaranmasının, inkişafının və sönməsinin ümumi qanunauyğunluqları sistemini və bu xəstəliklərin profilaktikasının əsas prinsiplərini və onlarla mübarizə tədbirlərini nəzərdə tutur.

Ümumi epidemiologiyanın bölmələrinə aşağıdakılar aiddir: epidemiologiyanın predmeti və metodları, epidemik proses haqqında təlim, epidemioloji nəzarət, epidemioloji təhlil, epidemioloji diaqnostika, yoluxucu xəstəliklərlə mübarizə və onlann profilaktikasının elmi və təşkilati prinsipləri.

Xüsusi epidemiologiya – yoluxucu xəstəliklərin ayrı-ayrı nozoloji formalarında epidemik prosesin yaranmasının, inkişafının və sönməsinin xüsusiyyətləri, onların hər birinə dair aparılan profilaktika və mübarizə vasitələrinin və metodlarının konkret formaları haqqında biliklər sistemidir. Lakin həm ümumi, həm də xüsusi epidemiologiya  nəzəri və praktik məsələləri həll edir.

Epidemiologiya bioloji, tibbi və digər elmlərlə sıx əlaqədədir. O, xüsusilə mikrobiologiya, virusologiya, parazitologiya, helmintologiya, immunologiya, yoluxucu xəstəliklərin klinikası, gigiyena, tibbi zoologiya, baytarlıq, mikroorqanizmlərin və insanın genetikası, tibbi coğrafiya, biotibbi statistika ilə sıx bağlıdır. Müasir epidemioloji xidmətin fəaliyyətində ərazinin bitki örtüyünün kompüter analizi ilə birgə kosmik müşahidə vasitələri, su mənbələrinin spektral analizi və s. geniş işlədilir.

Yoluxucu xəstəliklərin epidemiologiyasının öz əsas metodu vardır. Epidemioloji metod  infeksiyanın məkan və zaman daxilində yayılmasının xüsusiyyətlərinin təhlilinə əsaslanmış, xəstələnmənin əmələ gəlməsi səbəblərinin, şərtlərinin və formalaşması mexanizmlərinin aşkarlanması və xəstəliklərin profilaktikasına dair tədbirlərin əsaslandırılması üçün nəzərdə tutulan metodik üsulların cəmidir. Epidemioloji metodun təcrübədə tətbiq edilməsi epidemioloji diaqnostika adlanır.

Epidemiologiya, Bakı 2011

loading...

Bunlarıda bəyənə bilərsiniz ...