EPİDEMİK PAROTİT

ParotitEpidemik  parotit  kəskin  yoluxucu  xəstəlikdir,  əsasən  qulaqətrafı  tüpürcək  vəzilərinin  zədələnməsi,  eləcədə digər üzvlərin patoloji prosesə cəlb edilməsi ilə səciyyələnir. Təbii şəraitdə ancaq insanlar epidemik parotitlə xəstələnirlər.

Epidemik parotitin klinik təsviri Hippokrat  tərəfindən  e.ə.  406-377-ci  illərdə  verilmişdir.  Parotit virusu ilk dəfə Yahnson və Goodpasture tərə fin dən 1934-cü ildə  alınmışdır.

Epidemik  parotitin  törədiciləri  yoluxmuş tüpürcəklə hava damcısı vasitəsilə ağız və tənəffüs yollarına  daxil  olur.  Ağızdan  virus  tüpürcək  vəzilərinə,  sonra  isə qan dövranına daxil olur və cinsiyyət, mədəaltı vəzlərin və beyin  qişalarının spesifik zədələnməsinə səbəb olur.

loading...

Epidemik parotitdə inkubasiya dövrü 3 gündən 30 günə qədər dir (orta hesabla 15-20 gün). Xəstəlik yüngül nasazlıq, əzginlik,  iştahanın  azalması  ilə  başlanır.  1-2  gündən  sonra  çeynəmə zamanı  ağrı  hissiyyatı,  ağızda  quruluq  və  qulaqyanı  vəzilərdən  birinin  şişməsi  qeyd  edilir.

Şiş  tədricən  böyüyərək  xəstəliyin  5-6-cı gününə kimi tam inkişafına çatır. Daha 2-5 gün keçəndən  sonra  37-42%  xəstələrdə  ikinci  qulaqyanı  vəzidə  böyüməyə başlayır.  Bəzən  bu  prosesə  çənəaltı  və  dilaltı  vəzilər  qoşulur.

Adətən,  hərarət  yüksək  olmur,  xəstəliyin  5-7-cı  günündə  normaya  enir.  Parotitin  bəzən  atipik  gedişi  də  müşahidə  edilir.  Böyük oğlan uşaqları və kişilərin 20%-də xayaların iltihabı qeyd  olunur. Az-az  hallarda  qadınların  cinsiyyət  və  mədəaltı  vəziləri  zədələnir.  Parotitli  xəstələrin  1/3-də  xəstəlik  gizli  şəkildə  gedir.  Xəstəliyin proqonozu yaxşıdır, demək olar ki, ölüm qeyd edilmir.

Xəstəliyi  keçirdikdən  sonra  xəstələrdə  davamlı  immunitet  yaranır. Təkrar  yoluxma  çox  az  hallarda  (1,5-3%  hallarda)  baş  ve  rir. Xəstəliyi keçirənlərdə parotit allergeninə qarşı yüksək həssaslıq  əmələ  gəlir,  buna  əsaslanaraq  dəri-allergik  sınağı  təklif  edilmişdir. Onun vasitəsilə əhali arasında parotit xəstəliyinə qarşı immun təbəqənin səviyyəsi öyrənilir.

Epidemik   parotit   xəstəliyində   yoluxma  hava-damcı  yolu  ilə  həyata  keçir.  Xəstəliyin  törədicisi  ətraf mühitə tüpürcək damcıları vasitəsilə xaric edilir, oradan isə  ağızın  selikli  qişasına  daxil  olur.  Digər  hava-damcı  yoluxucu  xəstəliklərindən fərqli olaraq, törədici yuxarı tənəffüs yollarında  deyil,  tüpürcək  vəzilərində  yerləşir.  Bu  xəstəlikdə  kataral  əlamətlər qeyd edilmir, virus tüpürcəklə ifraz olunur. Xəstəlik zamanı tüpürcək ifrazı azalır, o, qatılaşır və törədicinin xaric olunması zəifləyir.

Sübut edilmişdir ki, parotit xəstəliyində törədicinin  mənbəyi  xəstəliyi  kəskin,  gizli  və  əlamətsiz  keçirən  şəxslərdir. Mütəşəkkil uşaq müəssisələrində gizli və əlamətsiz keçən  xəstəlik  növləri  epidemioloji  cəhətdən  təhlükəlidir.

Xəstəliyin  əlamətsiz  keçməsi  seroloji  üsullarla  müəyyən  edilir,  müayinə  olu nanların  13,3%-dən  30-70%-də  əkscisimlərin  titrlərinin  artması qeyd edilir. Virusun xaricə ifraz olunması inkubasiya dövründə və xəstəliyin başlanğıcının 5-8-ci günündə baş verir.

Epidemik parotit xəstəliyi əsasən uşaq və mütəşəkkil kollektivlərin yoluxucu xəstəliyidir. Oğlanlar  qızlara  nisbətən  1,5  dəfə  çox  xəstələnirlər.  Lakin  20  yaşından sonra qadınlar arasında xəstəlik nisbətən çoxdur (uşaqlarla təmas). Uzun illər parotit xəstəliyi “əsgər” xəstəliyi hesab olunurdu. Epidemik parotit xəstəliyi fəsillərlə əlaqədardır.

Epidemik  parotit  zamanı  profilaktik  tədbirlərin effektivliyi xəstənin evdə təcrid edilməsindən asılıdır.  Təcridin vaxtı xəstəliyin başlanmasından 9 günə qədərdir. Ağır  xəstələri xəstəxanaya yerləşdirirlər.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...