ENTEROVIRUS D68

VirusEnterovirusların 100-dən çox tipi məlumdur. Bidiymiz kimi bu viruslar bağırsaqlar vasitəsilə orqanizmə keçirlər. Son illər enterovirusun D68 adlanan tipi bayağı yayğınlaşmışdır.

İlk dəfə 1962-ci ildə Kaliforniyada aşkarlanan bu virus son vaxtlar ABŞ-da hər il 10-15 miliyon insana yoluxaraq, böyük miqyasda epidemiya yarada bilir.

Simptomları ilk vaxtlarda burundan axıntı, asqırıq, bədəndə ağrı, yüngül tempratur yüksəlməsi ilə müşahidə olunur. Əksər adamlarda bu 1 həftə çəkir, bəzən 10-14 günə qədər uzana bilər.

loading...

Enterovirusların təsirinə ən çox məruz qalan da uşaqlar olurlar. Adətən heç bir ağırlaşmalar olmur. Amma bəzi uşaqlarda, xüsusilə də astma kimi respirator xəstəliyi olan uşaqlarda enterovirus infeksiyası çox ağır keçə bilər. Adətən xəstəlik yüngül keçir.

Baxmayaraq ki, ədəbiyyatda bir neçə uşağın bu infeksiyadan ölümü ilə bağlı məlumat olsa da, bəzilərində də əzələ zəifliyi və parezlər müşahidə olunsa da enterovirus infeksiyaları non-polio (polimielitə bənzər əlamətlər verməyən) xəstəliklər kimi qeyd olunur.

Spesifik müalicəsi yoxdur, amma KRX-də olduğu kimi simptomatik müalicəyə yaxşı nəticə verir. Profilaktikasında xəstə adamlardan uzaq durmaq, əlləri tez-tez yumaq, çirkli əlləri gözə, ağıza, buruna vurmamaq çox vacibdir. Astma xəstəliyi olan uşaqlarda baş verə biləcək hər hansı bir ağırlaşmanın qarşısını almaq üçün mütləq xəstəliyin ilk simptomlarından həkimə müraciət etmək lazımdır.

Dr. Sayılova Aygün

loading...

Bunlarıda bəyənə bilərsiniz ...