ELEKTRİK ENERJİSİNİN ORQANİZMƏ TƏSİRİ

İnsan elektrik enerjisinin təsirinə yada atmosferdə baş verən elektrik boşalmaları, ildırım, nəticəsində, ya da təsadüfən istehsalat və məişətdə istifadə edilən elektrik cərəyanı məmbələrinə  toxunma nəticəsində məruz qala bilər.

Elektrik enerjisinin təsiri ilə orqanizmdə yaranna reaksiyaların xarakteri cərəyanın fiziki göstəricilərindən, cərəyan şiddəti,  gərginlik, elektrik tutumu və cərəyan tezliyi, bədəndən hansı istiqamətdə keçməsindən və orqanizmin funksiyonal halından asılıdır.

Adətən orqanizm sabit cərəyanın təsirini dəyişən cərəyana nisbətən tez hiss edir. Lakin eyni gərginlik şəraitində aşağı tezlikli dəyişən cərəyan sabit cərəyana nisbətən güclü təsir göstərir. Çünki, toxumaların dəyişən cərəyana qarşı muqaviməti nisbətən azdır.  Şerait eyni olduqta elektrik cərəyanının orqanizmdə törətdiyi fəsadların ağırlığı onun gərginliyinin yüksəkliyindən asılıdır.

loading...

Tezliyi 40-60 Hs , gərginliyi isə 40 V olan elektrik cərəyanı organizm üçün təhlükə yaratmaz. Ancaq gərginliyi 100 V olan 40-60 Hs tezlikli elektrik cərəyanı şərti patogen hesab edilir. Belə  cərəyan orqanizme yalnız xususi şerait olduqta ölümcül  təsir göstərir.

Gərginliyi 200-500V olan  cərəyan mütləq patogen və şərti öldürücü 500 V yüksək olan sabit cərəyan eyni gərginlikli dəyişən cərəyana nisbətən daha qorxuludur.  Dəyişen cərəyanın tezliyi nə qədər yüksek olarsa , pathogen təsiri o qədər zəif olur. Yüksek tezlikli cərəyandan müalicə məqsədi  ilə istifadə edilir.

Elektrik cərəyanı yaş dəriyə daha çox təsir göstərir. Çünki yaş dərinin cərəyana müqaviməti daha azdır.  Adətən cərəyan məmbəyi dərinin nə qədər  böyük sahəsinə  toxunursa bir o qədər  ağır dəyişikliklər  törədir.

Elektrik cərəyanın orqanizmə göstərdiyi təsirin ağırlık dərəcəsi onun hansı orqandan  keçməsindən də asılıdır. Eksperimental şəraitdə başından elektrik cərəyanı keçirilmiş heyvan eyni gərginliktə cərəyanın bədənin başqa nahiyəsindən təsir etmiş heyvana nisbətən tez tələf olur.

Elektrodlardan birini heyvanın qabaq ayagına digərini isə dal ayağına birləşdirib ürəyindən elektrik cərəyanı keçirdikdə onda seyredici aritmiya əmələ gəlir. Sonra isə ürək fibrilyasiyaya uğrayır və diastola fazasında dayanır. Cərəyanın ətraflardan keçirilməsi ağrı hissi yaradır bu zaman əzələlərdə qıclıq müşahidə edilir.

Elektrik cərəyanın törətdiyi dəyişikliklər onun təsir müddətindən də asılıdır. Müxtəlif heyvan növlərinin elektrik cərəyanının təsirinə həssaslıgıda müxtəlifdir. Eyni növün ayrı ayrı fərdlərinin elektrik cərəyanına həssaslığı  orqanizmin fərdi reaktivliyindən və sinir sisteminin funksional halından asılıdır. Adətən sinir sistemi nə qədər oyanıq olarsa orqanizmin elektrik cərəyanının təsirinə o qədər kəskin reaksiya verir.

Elektrik cərəyanı orqanizmdə yerli və ümumi dəyişikliklər yaradır. Cərəyanın orqanizmə təsir etdiyi nahiyədə dairəvi yada oval formalı sərt konsistensiyalı bozumtul  siskinlik  əmələ gətirir.   Zədələnmiş toxumaların ətrafında çox vaxt şaxələnmiş qızartı olur.

Bu qızartı qan damarlarının iflici nəticəsində yaranır.  Bunlardan əlavə cərəyanın təsirinə məruz qalmış nahiyədə 70-80% hallarda  elektrik yanıqları  təsadüf edilir. Bəzən yüksək gərginlikli elektrik cərəyanının orqanizmə daxil olduğu və toxumaların çıxdığı nahiyələrdə odlu silah yarasına bənzəyən dəyişikliklər nəzərə çarpır.

Elektrik cərəyanın orqanizmdə yaratdığı ümumi əlamətlər:

baş ağrıları

ürək bulanma

ürək ritminin və tənəffüsün zəifləməsi

arterial təzyiqin dəyişməsi

sinir və əzələ iflicləri

ödemlər.

Safura Sərdarqızı

loading...

Bunuda oxu...