EKOLOJİ PİXOLOGİYA

SOSİAL EKOLOGİYAEkoloji psixologiya – XX əsrin 60-cı illərində ekologiya və psixologiyanın dialektik vəhdəti əsasında müasir elmdə yaranan nisbətən yeni istiqamət olmaqla, onunla paralel olaraq həm də əxlaqi coğrafiya istiqaməti də inkişaf etməyə və formalaşmağa başlayıb. Sosial ekologiya və əxlaqi coğrafiya fənlərinin hər ikisi üçün bəzi xarakterik ümumi cəhətlər vardır.

Hər şeydən əvvəl, bu iki fənnin insan tərəfindən təyin və idarə edilən xarici mühit amillərinin əhatə dairəsi çərçivəsində olması ilə xarakterlənir. İkincisi, bu fənlərin inkişafı dünya cəmiyyətində baş verən sosial problemlərin kəskinləşməsi ilə şərtlənir. Üçüncüsü, onlan bir-biri ilə fənlərarası statusa malik olmalan və müayinə üsullarının identikliyi – oxşarlığı əlaqələndirir. Lakin ekoloji psixologiya psixologiya elmi ilə bilavasitə və qırılmaz tellərlə bağlı olması xüsusiyyəti ilə səciyyələnir və fərqlənir. Psixologiya elminin özü isə, bir qayda olaraq, real dünyada insan əxlaqının xüsusiyyətlərini aydınlaşdırmağa səy göstərir.

Ekoloji psixologiyanın psixologiya elminin başqa sahələrindən ən əsas fərqi onun laboratoriya şəraitində öyrənilməsi mümkün olmayan qeyri-ənənəvi tədqiqat sahələrinə istinad etməsidir. Ekoloji psixologiyanın yaranması zərurətinin əsas səbəbi cəmiyyətdə sivilizasiyanın, ictimai tərəqqinin, elm və texnikanın dinamik inkişafı nəticəsində sosial problemlərin kəskin surətdə böhran xarakteri alması və insan-təbiət münasibətlərində yaranan qlobal ziddiyətlərdən ibarətdir. Hazırki insan-təbiət münasibətlərində mövcud olan və hökmranlıq edən disbalansm, disharmoniyanm arealının gündən günə genişlənməsi və daha da kəskinləşməsi ekoloji psixologiyanın yaranması, təşəkkül tapması və inkişafı üçün əsaslı zəminvə stimul oldu.

loading...

Bu elmi istiqamət insanın ətraf mühiti, təbiəti dərk etməsi, onun təbiətə münasibətinin spesifikası, ekoloji şüur və təsəvvürlər, ekoloji, etik, iqtisadi problemlərin həllinin elmi əsaslandırılmış yollan, insan-təbiət-sosial mühit qarşılıqlı əlaqələrinin öyrənilməsi məsələlərin və s. öyrənilməsini əsas prioritet kimi qəbul edib. Beləliklə, bu yeni elmi istiqamətin əsas tədqiqat hədəfi insanın ətraf mühitlə qarşılıqlı əlaqəsində mövcud olan problemlər və ekoloji böhranların, kataklizmlərin kəskinləşməsindən ibarət olmaqla, onun əsas məqsədi mənəvi ekoloji harmoniyanın və yeni ekoloji etikanın formalaşmasına nail olmaqdır. Digər elm sahələri kimi, ekoloji psixologiya da fənlərarası yanaşma, çoxlu sayda, müxtəlif planlı üsul və nəzəriyyələri kompleks formada əhatə etməsi ilə səciyyələnir. Məşhur tədqiatçı C.Qold ekoloji psixologiyanın tərifinə 3 bir-biri ilə qarşılıqlı əlaqədə olan prizmadan yanaşmanın mövcudluğunu şərh edib:

Bəzi alimlərin fikrincə, ekoloji psixologiya – mahiyyətcə, insanın özünü əhatə edən mühitlə qarşılıqlı əlaqələrinin və münasibətlərinin tədqiq edilməsini öyrənən elmi istiamətdir. İkinci qrup alimlərə görə, ekoloji psixologiya – insanın onu əhatə edən mühitin və müxtəlif psixik xarakteristikasının dəyişdirilməsinin qarşılıqlı əlaqələrini tədqiq edir. Üçüncü qrup tədqiqatlar isə təsdiq edir ki, bu elmi istiqamətdə əsas diqqət insanın əxlaqı və onu əhatə edən maddi mühitin əlaqələrinin öyrənilməsinə yönəldilir.

C.Qoldun özü də insanı əhatə edən mühiti onun yaşadığı fiziki, sosial-mədəni şəraitin məcmuu kimi təsəvvür edir. Əlbəttə, bu mühit kompleksinə həm də insanın ətraf mühit amillərinin təsirini qəbul etməsi, emosional, həyacan, təşviş prosesləri ilə müşayət olunan adaptasiyası, əxlaqı və davranışı və s. də daxil edilir. C.Qolda görə insan və onu əhatə edən mühitin dəyişilməsinin əsas qarşılıqlı əlaqəsinin koqnitivlik və qavranış (idrak) növləri vardır. Koqnitivlik (dərk etmək) – elə psixoloji proseslərə aiddir ki, məhz onların köməkliyi ilə adamlar informasiyalar alır, saxlayır, interpretasi- yalaşdırır və istifadə edir; müxtəlif növlü hiss, duyğu proseslərini, yada salmaq, fərqləndirmə (ayırd etmə), təsəvvür etmək, düşünmək, qərara gəlmək, bir sözlə insanın həyat təcrübəsi və əxlaqı ilə əlaqədar olaraq toplanan prosesləri təcəssüm etdirir.

Qavrama-idrak – nisbətən məhdud çərçivəli anlayış olub, fiziki qıcıq faktorlarının bilavasitə reseptorlara təsiri nəticəsində yaranan əşyaların, situasiya və hadisələrin bütünlükdə dərk edilməsini ifadə edir, insanın əhatə olunduğu mühitdə mütəmadi olaraq hissetmə orientasiyası təmin olunur. Ekoloji psixologiyada bu anlayışlar spesifikliyə malik olmaqla, hər hansı fərdi bir obyekti deyil, bütün mühiti əks etdirir. Ekoloji psixologiya insan əxlaqının real şəraitdə və aləmdə öyrənil məsinə, tədqiq olunmasına yönələn bir orientasiyadır, istiqamətdir. Hələ bu günə ədər insanın və onu əhatə edən mühitin qarşılıqlı əlaqəsini əks etdirən vahid bir konsepsiya mövcud deyil.

Lakin C.Qold «Psixologiya və coğrafiya: Əxlaqi coğrafiyanın əsasları» adlı əsərində bu məsələyə daha önəmli yer verib. Məşhur psixoloqlar S.D.Deryabo və V.A.Yaşkin «Ekoloji psixologiya və pedaqoqika» (1966) dərsliyində ekoloji psixologiya, ətraf mühit psixologiyası və psixoloji ekologiya anlayışlarını və predmetlərini differensiasiya və ayırd etməyi tövsiyyə ediblər. Onların fikrincə, həmin anlayış və predmetlər arasında xeyli prinsipial fərqlər vardır. Belə ki, ətraf mühit psixologiyası insanın bütün mühitlə qarşılıqlı əlaqələrini, psixoloji ekologiya – bütün mühit amillərinin təsirlərini, ekoloji psixologiya isə -insanın yalnız təbiət aləminə təsirlərini (antropogen fəaliyyətin fəsadlarını) analiz və tədqiq edir.

Ətraf mühit psixologiyasında təbiət yalnız «mühit», psixoloji ekologiyada – mühit faktorları, ekoloji psixologiyada isə – «təbiət dünyası (aləmi)», yaxud konkret təbiət obyektlərinin və komplekslərinin məcmuu kimi analiz olunur. Müəlliflərin fikrincə, ekoloji psixologiyanın predmeti ekoloji şüurun sosiogenetik, ontogenetik və funksional aspektləri sayılır, onun tədqiqatlanmn başlıca istiqamətini isə bütövlükdə ekoloji şüur, təbiətə subyektiv münasibətlərin müxtəlifliyinin öyrənilməsi və onunla qarşılıqlı təsirlərin strateji və texnoloji analizi təşkil edir. S.D.Deryabo və V.A.Yaşvinə görə ekoloji psixologiynanın məqsəd və vəzifələri aşağıdakılardan ibarətdir:

  • müxtəlif dövrələrə aid olan ekoloji şüuru və onun spesifik xüsusiyyətlərini analiz edir;

  • fərdi və ictimai ekoloji şüurun tipologiyasını hazırlayır;

  • ontogenez prosesində fərdi ekoloji şüurun inkişafının tendensiyalarını aşkarlayır və analiz edir;

  • ekoloji təsəvvürlərin formalaşma mexanizmini, ayrı-ayrı təbiət obyektləri və ümumilikdə təbiətlə əlaqədar olaraq fəaliyyətin tənzimlənməsində onlann rolunu tədqiq edir və müvafiq nəticəyə gəlir;

  • müxtəlif sosial-professional qruplarda ekoloji şüurun səciyyəvi xüsusiyyətlətini öyrənir;

  • ekoloji təsəvvürlər sisteminin formalaşma müxtəlifliyini, təbiətə subyektiv münasibəti və onunla əlaqədar istifadə olunan strategiya və texnologiyaları öyrənmək üçün xüsusi diaqnostik arsenal yaradır;

  • insanın təbiət aləmi ilə qarşılıqlı əlaqəsinə və onun şəxsiyyətin formalaşması və inkişafına orientasiya olunan psixokorreksion (psixotərbiyəvi) və psixoterapevtik işlərin metodlanm işləyib hazırlayır.

İnsanın təbiətə subyektiv münasibəti həmin münasibətin quruluşunda və müxtəlifliyində öz əksini tapır. Münasibət problemləri müasir psixologiyanın ən perspektivli və çox öyrənilən problemi sayılır. Münasibətlər nəzəriyyəsinin banisi V.N.Myasişev A.F.Lazurskinin ideyasını inkişaf etdirərək insanın təbiət münasibətinin əsas aspektlərini, quruluşunu, baş venuə dinamikasını, müxtəlifliyini geniş və əsaslı formada tədqiq etmişdir.

İnsanın münasibətləri müxtəlif olmaqla, onun iqtisadi, hüquqi, estetik, mənəvi-etik, şəxslərarası və s. növləri mövcuddur. V.N.Myasişev münasibətləri 3 əsas qrupa – insanın adamlara, xarici aləmin əşyalarına və onun özünə münasibəti – təsnif edib. Ekoloji psixologiyanın predmetinin komponentlərinin əsas tərkib hissəsini insanın təbiətə spesifik münasibəti təşkil edir. S.D.Deryabo və V.A.Yasvinə görə, insanın təbiətə subyektiv münasibətinin əsasında onun hər hansı obyektdə iz buraxması və tələbatları durur. Təbiətə subyektiv münasibətin baza parametrlərinin əsasları aşağıdakılardır:

  • genişlik: təbiət obyektlərində və insanın tələbatlannda təsbit olunur;

  • intensivlik; təbiətə subyektiv münasibətin hansı sferalarda və dərəcədə baş verməsini göstərir;

  • anlamaq, başa düşmək dərəcəsi: təbiət obyektlərinə münasibətini dərk etməsi və bu sahədə özünə hesabat verməsi;

  • emosialılıq; insanın təbiətə münasibətində «rasionalhq- emosiallıq» oxu üzrə dinamikanı xarakterizə edir; bir qrup adamlarda təmiz emosional, nəzarət olunmayan münasibət üstünlük təşkil edir, başqalarında isə emosiya öz münasibətini başa düşmək və yüksək səviyyəli özünənəzarətlə xarakterlənir;

  • ümumiləşdirmə; subyektiv münasibəti «fərdi-ümumi» oxu üzrə xarakterizə edir; məsələn, özünün şəxsi ev heyvanma, yaxud həmin növdən olan bütün heyvanlara məhəbbət və ya bütünlükdə təbiətə məhəbbət;

  • dominantlıq; təbiətə «əhəmiyyətsiz-əhəmiyyətli» oxu üzrə münasibət; bəzi adamlar üçün insanlara münasibət, digərləri üçün – daxili aləmin vəziyyəti; 3-cü qrup üçün isə – təbiətə münasibət daha əhəmiyyətli sayılır;

  • koqerentlik (latınca – əlaqədə olan) münasibəti «harmoniya

disharmoniya» oxu üzrə xarakterizə edir; bu şəxsiyyətin bütün münasibətlərinin razılaşdırılması dərəcəsini ifadə edir: məsələn, meşəbəyinin təbiətə məhəbbəti ilə vəhdət təşkil etməsi, yaxud etməməsi;

  • prinsipiallıq; subyektiv münasibəti «asılılıq – qeyri-asılılıq» oxu üzrə ifadə edir; təbiətə, onun sərvətlərinə və ətraf mühit faktorlanna təsirlərə prinsipial, yaxud laqeyd, etinasız, biganə münasibəti səciyyələndirir;

məsələn, bəzi adamlar təbiətə, öz yetişdinnələrinə (ev heyvanları, bitkilər, quşlar) məhəbbətlə yanaşır, başqa adamlar heyvan və bitkiləri məhv etdikdə isə həmin hadisəyə qarışmır;

  • şüurluiuq: subyektiv münasibəti «şüurlu-şüursuz» oxu üzrə xarakterizə edir.

Təbiətə və mühitə münasibət konsepsiyasında subyektiv münasibətin modailıq və intensivliyə daha önəmli yer verilir. Modallıq – subyektiv münasibətin keyfiyyət-məzmun xarakteristikasıdır. Təbiətə subyektiv münasibətin 4 əsas modallıq tipi ayırd edilir:

  • obyekt-praqmatik; təbəiət münasibət öz tələbatlarını ödəmək obyekti kimi yanaşmanı xarakterizə edən və ən çox yayılan münasibət tipidir;

  • subyekt-praqmatik: məsələn, itin sahibi onu çox sevir, yaxşı münasibət bəsləyir, lakin onun əsas məqsədi itin sərgidə ən yüksək yer tutmasından ibarətdir;

  • obyekt-qeyri-praqmatik: məsələn, xidmətçinin sirk atma münasibəti, xidmətçi ata qulluq edir, onu yemləyir, lakin atdan digər adamlar istifadə edir;

  • subyekt-qeyri-praqmatik: məsələn, ev sahiblərinin öz pişik və itinə münasibəti; bu zaman it və pişik ev sahiblərinin ən sadiq dostları, həmsöhbətləri sayılır və ailənin bərabərhüquqlu üzvünə çevrilir.

Təbiətə subyektiv münasibətin intensivliyi perspektiv-affektiv (qavranış-emosional) parametri ilə qiymətləndirilir və təbiət obyektlərinin estietik və etik mənimsənilməsini xarakterizə edir. Koqnitiv (dərk olunan) parametr insanın təbiəti dərk etməyə çalışmasını ifadə edir. Son nəticə etibarı ilə alimlər insanın təbiətə münasibətini 16 tipə təsnif ediblər (cədvəl 8.1).

Təbiətə subyektiv münasibətin tipologiyası – tipləri (V.A.Sitarov, V.V. Pustorontov, 2000) Münasibətin komponenti Obyekt xarakteristikası Subyekt xarakteristikası Münasibətin modallığı Perseptiv- affektiv (davranış-emo- sional) Perseptiv obyekt-qeyri- praqmatik Perseptiv subyekt-qeyri- praqmatik Oeyri-praq- Koqnitiv (dərk olunan) Koqnitiv obyekt-qeyri- praqmatik Perseptiv subyekt-qeyri- praqmatik matik

Praktiki obyekt-qeyri- praqmatik Praktiki subyekt- qeyri-praqmatik Rəftar (davranış) Rəftar obyekt- qeyri- praqmatik Rəftar subyekt- praqmatik Perseptiv- affektiv Perseptiv obyekt- praqmatik Perseptiv subyekt- praqmatik Praqmatik Koqnitiv Koqnitiv obyekt- praqmatik Koqnitiv subyekt- praqmatik Praktiki Praktiki- obyekt-praq- matik Praktiki-subyekt- praqmatik Rəftar (davranış) Rəftar-obyekt- praqmatik Rəftar-subyekt- praqmatik

Təbiətə subyektiv münasibətin qeyd edilən parametrlərini xarakterizə etmək o qədər də çətinlik törətmədiyindən onun 2 tipinin şərhi kifayətdir:

  • perseptiv-affektiv obyektli-qeyri-praqmatik tip: belə insan təbiətlə kontaktda olan zaman ondan hər hansı bir səmərəli məhsul almaq məqsədi güdmür və qeyri-praqmatik motivasiya üstünlük təşkil edir: təbiətdə istirahət etmək, təmiz hava ilə nəfəs almaq, gözəllikdən, mənzərələrdən zövq almaq, beləliklə də bütün qayğılan unutmaq və s.;

  • davramş-subyektiv-qeyri-praqmatik tip: bu tipə aid olan şəxslərdə təbiətin yüksək etik normalarla tənzimlənən subyektiv dərk edilməsi xarakterik xüsusiyyət sayılır. Bu cür münasibət, bir qayda olaraq, dahi, humanist, tarixi şəxsiyyətlərə – L.N.Tolstoy, V.Hüqo, Leonardo da Vinçi, A.Düma, Drayzer, R.Taqor, M.Qandi, A.Şvayser,

M.Gəncəvi, X.Natəvan, H.Zərdabi, Heydər Əliyev, Həsən Əliyev, Xudu Məmmədov, Şəfaət Mehdiyev, Səməd Vurğun və b. məxsusdur; onların əsas həyat amalı təbiəti, təbii obyektləri mühafizə etmək, onu gələcək nəsillər üçün qoruyub saxlamaq, o cümlədən təbiətlə, təbii mühitlə daimi qarşılıqlı əlaqədə, vəhdətdə olan ən qiymətli kapitalı-insanı qorumaq, onlann fırəvan yaşıyış tərzinin təmin olunmasından ibarətdir. Beləliklə, biz əsasən yalnız bir konsepsiyanın – S.D.Deryabo və V.A.Yasvinin təklif etdiyi konsepsiyanın – əsas müddəalarını şərh etdik. Lakin təbiətə subyektiv münasibət və onun növ müxtəlifliyi yeni elmi istiqamətin – ekoloji psixologiyanın ən diqqət mərkəzində duran prioritet sayılır. Çünki təbiətə, onun obyektlərinə, təbii resurslara insan münasibətinin dəyişilməsində, hər şeydən əvvəl, onun psixologiyası., idrakı, amalı humanistlik prizması çərçivəsində dəyişilməli, hamıda «təbiət hər birimizin, bütün bəşəriyyətin ümumi, doğma, qorunması labüd olan, toxunulmaz evidir, yaşayış məkanıdır» prinsipi formalaşdırır.

Onu zaman daxilində qorumaq isə insan cəmiyyətinin bir nömrəli, həyatı vacib, bəşəri, planetar əhəmiyyətli amalı, meyarı, prinsipi və ən müqəddəs borcu olmalı, təbiət-insan münasibətində yaranan bərpa olunmaz uçurum, disbalans, disharmoniya, tezliklə aradan qaldırılmalı və bütün insanlar – böyükdən kiçiyə hamı – bu işə biganə qalmamalı və həmin missiyaya qoşulmalı, öz mənəvi vətəndaşlıq borcunu yerinə yetirməlidir. Əks təqdirdə, təbiət insanlardan öz qisasım alacaq, ona vurulan antropogen zərbələrin cavabım mütləq verəcək, bütün planet əhalisini 2 yol ayrıcına – yaşamaq, həyatı davam etdirmək, nəsli davamlı surətdə saxlamaq, ya da məhv olmaq – çatdıracaq. Əlbəttə, burada seçim insanların yalnız öz psixologiyasından, ekoloji psixologiyadan asılıdır: həyat, yaxud ölüm!

loading...

Bunuda oxu...