DÖLLƏNMƏ HAQQINDA

Sonsuzluq və süni mayalandırmaAna olmağa hazırlıq hamiləlikdən çox-çox əvvəl başlayır. İdeal olar ki, belə hazırlıq uşaqlıqdan başlasın və arası kəsilmədən hamiləliyə doğuşa həmçinin analığa davam etsin. Atalığa hazırlıqda həmçinin.

Hamiləlikdən əvvəl bir çox hazırlıqlar aparılmalıdır. Döllənmədən əvvəl sağlamlığın normal olması çox vacibdir. Bu, körpənin inkişafı üçün, xüsusilə də ilk bir neçə həftə ərzində, daha yaxşı şəraitin yaranmasına kömək edər.

Sağlamlaşma prosesinə planlaşdırılmış hamiləliyə 3-4 ay qalmış başlamaq gərəkdir. O zaman həkim pasientin fərdi xüsusiyyətlərini daha yaxından öyrənir və onun bundan irəli gələrək təyin etdiyi profilaktik üsullar daha yaxşı nəticələr verir.

loading...

Əgər bunu əvvəlcədən etməmisinizsə, elə indi başlayın. Aşağıda faydalı olacaq bir neçə universal məsləhət verilib:

Yaşayış tərzinizi maksimum sağlamlaşdırın, alkohol və tütündən imtina edin. Bilin ki, passiv siqaret çəkmə belə dölə əhəmiyyətli dərəcədə ziyan vura bilər.

Hamiləliyə qarşı içdiyiniz dərmanların, nəzərdə tutulan hamiləlikdən 3-4 ay əvvəl, qəbulunu dayandırın. Hər bir dərman qəbulu həkimlə məsələt olunmalıdır.

Rentgen müayinəsi zamanı, xüsusilə qarın və çanaq boşluğu orqanlarına, diqqətli olun.

İnfeksion xəstəliklərlə yoluxma ehtimalını maksimum azaldın.

Pozitiv olun. Müsbət emosiyalar qəbul etməyə çalışın. Hamiləlik zamanı keçirdiyiniz stress körpəyə heç xeyrli olmayacaq.

Ətrafınızın gələcək körpəyə olan təsiri baxımından nəzərdən keçirin (radiasiya, elektromaqnit təsirlər, dərman və digər kimyəvi maddələrlə təmas).

Hamiləlik zamanı ev heyvanları saxlamaq o qədər də uyğun deyil. Pişiklər və itlər bir çox halda toksoplazmoz infeksiyası ilə yoluxmuş olurlar. Bu xəstəliyin törədicisi qadının orqanizminə daxil olarsa, ilk növbədə onun xəstələnməsinə və sonra döldə genetik defektlərin, orqan və toxumaların zədələnməsinə səbəb ola bilər.

Hamilələr üçün nəzərdə tutulmuş vitamin preparatları əldə edin və onları qəbul etməyə başlayın. Əsas məsələ odur ki, bu preparatların tərkibində 4 mq-dan az olmayaraq fol turşusu olsun. Hamiləlikdən 3 ay əvvəl və sonrakı 12 həftə ərzində qəbul olunan məhz bu vitamin, dölü bir sıra anadangəlmə defektlərdən qoruyur.

Hamiləlikdən əvvəl pəhrizə riayət etməyə çalışın, qəbul etdiyiniz qida yetərincə lazımi inqrediyentlərlə zəngin olmalıdır.

Çay, qəhvə, şokolad və koka-kola qəbulunu azaldın.                                                                                                                                                                      –

Planlaşdırdığınız hamiləliyin ilk 4-6 həftəsi yazın sonu – yayın əvvəlinə düşürsə, qidanızda qışdan qalan kartofun istifadəsini azaltmağa çalışın. Bu məhsulun tərkib hissələri körpədə anadangəlmə qüsurların yaranmasına səbəb ola bilər.

Yuxarıda göstərilən məsləhətlər bütün hamiləlik boyu vacibdir, amma hamiləliyin ilk 12 ayı onlar daha aktualdır.

loading...

Bunuda oxu...