DOĞUŞUN YAXINLAŞMASININ ƏLAMƏTLƏRİ

Doğuşun yaxınlaşmasının əlamətləri

Qarının aşağı düşməsi

Adətən ilk dəfə uşaq doğan qadınlarda qarın hamiləliyin 34 – 36 həftəsində aşağı düşür, təkrar doğuş keçirənlərdə isə bu doğuşdan bir neçə gün əvvəl və ya artıq doğuş fəaliyyətinin başlaması ilə baş verir.

loading...

Doğuş əlamətləriQarının aşağı düşdüyündə daha asan nəfəs almağa başlayırsınız, sinə və qarın arasında ovucunuzu yerləşdirə bilirsiniz, sidik kisəsinə təzyiq artır və siz tualetə daha tez-tez getməyə başlayırsınız. Qıcqırma daha az-az baş verir və ya ümumiyyətlə keçib gedir.

Selikli tıxacın aralanması

Selikli tıxac bütün hamiləlik dövrü ərzində uşaqlıq boynunun kanalında yerləşən selik yığınıdır.  Selikli tıxac müxtəlif cür görünür: bəzən bu rəngsiz maye ifrazatlardır, bəzən isə çəhrayi və ya qəhvəyi rəngdə selikdir.

Tıxac doğuşdan 1 neçə həftə əvvəl – hamiləliyin 36-37 həftəsində aralana bilər, bəzi hallarda isə o doğuş fəaliyyətinin başlamasından bir gün qabaq – 38-39-40-cı həftədə aralanır.  Bundan başqa, tıxac bir neçə dəfə, hissə-hissə aralana bilər.

Çəkinin azalması

Doğuşa bir neçə gün qalmış çəki artımı dayanır və hətta 1-1,5 kq “arıqlığq” hiss edilə bilinər.  Çəkinin azalması yaxınlaşan doğuşun müjdəçilərindən biridir  və bu şişlərin çəkilməsi və embrion ətrafı suların miqdarında azalma hesabına baş verir.

Məşq sancılarının tez-tez baş verməsi

Yalançı, məşq sancıları doğuşdan əvvəlki günlərdə daha tez-tez baş verə bilər. Belə sancı zamanı qarın ağırlaşır və sanki daşlaşır. Adətən məşq sancıları ağrı vermir, lakin doğuşa bir az qalmış onlar bel nahiyəsində və qarının aşağı hissəsində sızıldayan ağrılarla müşahidə olunurlar.

Məşq sancılarının əsl sancılardan əsas fərqi ondan ibarətdir ki, onlar müntəzəm deyil və bədənin vəziyyətini dəyişəndə keçirlər. Lakin hamilə qadına yadda saxlamaq lazımdır ki, bir gün məşq sancıları həqiqi sancılara keçə bilərlər.

Dr. Günay Əsədova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...