DOĞUŞ ZAMANI AĞRI

Doğuş zamanı ağrıDoğuş zamanı, xırda istisna xaricində, bütün qadınlar ağrı hiss edir. Müəyyən qadınlarda daha çox, digərlərində isə daha az ağrı olur. Doğuş zamanı ağrının səbələri çox ola bilər. Bəzi qadınlar, ağrıdan o dərəcə əziyyət çəkirlər ki, onların ürək fəaliyyəti və tənəffüsü pozulur. Həmçinin uzun çəkən ağrı digər problemlərdə yarada bilər. Məsələn vaxtından əvvəl yorğunluq, hipoksiya və sarə.

Doğuş zamanı ağrını keyikdirməyə hər qadın özü qərar verməlidir. Müasir anesteziya metodları ana və körpə üçün kifayət qədər təhlükəsizdir. Həmçinin onlar doğuş prosesinidə daha rahat edir. Ancaq bir çox mütəxəssislər doğuş zamanı anesteziya istifadəsinə qarşıdır. Səbəb isə, azda olsa xoşagəlməz təsirin ola biləcəyidir. Həmçinin doğuş prosesinin təbii axını pozulur.

Ağrı həssasslığı hər insanda müxtəlif səviyyədədir. Güclü və uzun sürən ağrı nəticəsində, müəyyən qadınların, arterial təyziqi arta bilər, nəbz döyüntüsü güclənər və doğuş prosesinə mənfi təsirlər olar. Bu isə ana və körpənin sağlamlığına ziyandır. Belə hallarda anesteziya, yəni ağrı kəsici, istifadəsi məqsədəuyğundur.

loading...

Ancaq doğuşa əvvəldən hazırlaşmaq daha düzgündür. Psixoprofilaktik adlanan metodla ağrıya qarşı dözümlülüyü artırmaq və doğuş prosesini asanlaşdırmaq olar.

Mütəxəssislər hesab edirlər ki, doğuşa psixoloji cəhətdən hazır qadının ağrıkəsiciyə ehtiyyacı yoxdur. Belə qadın prosesin bütün mərhələlərini bilir, düzgün nəfəs alır və sarə. İnformasiya gücdür demək – tam uyğundur.

Doğuş zamanı ağrını bir neçə yolla azaltmaq mümkündür. Onlardan biri psixoloji hazırlıqdır. Məlumatsızlıq ağrını daha da dərinləşdirir. Bunun üçün doğuş prosesi haqqında ətraflı öyrənin. Doğuşa psixoloji hazır olan qadınlara uşağı dünyaya gətirmək çox asandır. Digər vasitə isə dərmandır. Bu vasitələr arasında narkotik vasitələrdə var (morfiy, opiy). Onların mənfi cəhəti körpəyə neqativ təsiridir. Bu preparatlar, əsasən tənəffüsü zəiflədir. Müasir vasitələr arasında promedol daha çox istifadə olunur. O yaxşı ağrıkəsici effektə sahibdir və digərlərinə nisbətən körpəyə az təsir edir.

loading...

Bunuda oxu...