DİSLALİYA VƏ SƏBƏBLƏRİ

DISHALIYAUşaqlarda müxtəlif səslərin pozulması və ya olmaması “Dislaliya” adlanır.

Bildiyimiz kimi nitq 5 yaşına kimi tam formalaşıb qurtarır, lakin, bəzi uşaqlar bu yaş həddini keçmələrinə baxmayaraq, onların səs tələffüzündə qüsurlar qalmaqda davam edir.

Dislaliya mexaniki və funksional ola bilər.

loading...

Mexaniki dislaliya artikulyasiya aparatının qüsurları nəticəsində yaranır. Funksional dislaliya artikulyasiya aparatının normal halında səslərin qüsurlu tələffüzüdür. Funksional dislaliyanın əsas səbəblərindən biri ailədə uşağın nitqinin düzgün tərbiyə olunmamasıdır.

Buna misal olaraq, böyüklərin uşaqlarla “uşaq dilində” danışması, kiçik bacı-qardaşlarının yamsılanması, ailədə qüsurlu danışanın yamsılanması, kiçik yaşlarından qalan yanlış səs tələffüzünün vaxtında aradan qaldırılmaması, valideynlərin laqeydliyi və s. göstərmək olar.

Dislaliyanı ev şəraitində aradan qaldırmağın müxtəlif üsulları var:

Müxtəlif üsullarla dil masajı etmək (Onunla oyunlar oynayın).

Uşağınızın tələffüz edə bilmədiyi səsi özünüz tələffüz edərkən dilin hansı vəziyyətə gəldiyini müşahidə etdikdən sonra, ondan da dilini o şəkildə hərəkət etdirməsini tələb edin (Məsələn: “r” səsini tələffüz edərkən dilin uc hissəsi üst damağa dəyir. Əgər uşağınızda bu səs pozulubsa, dilinin uc hissəsini üst damağına dəydirməsini istəyin).

Bu göstərişlərə əməl etdiyiniz halda övladınız hələ də səsləri tələffüz edə bilmirsə mütləq mütəxəssisə müraciət edin!

loading...

Bunuda oxu...