DİŞLƏRİN SAĞLAMLIĞI

Dişlərin diş ətinin sağlamlığı bir neçə amildən aslıdır. Sağlam diş və diş əti üçün:

Kalsium və C vitaminləri ilə zəngin məhsullardan bol istifadə edin. Məsələn, süd, pendir, ispanaq, brokoli və qatıq kalsiumla, qara çay, çörək və balıq flüorla, portağal, qovun kimi meyvə tərəvəz isə C vitamini ilə boldur.

Mütəmadi olaraq diş müayinəsi etdirmək (ildə 2 dəfə) və gündə azı 2 dəfə dişləri fırçalamaq mütləqdir. Sağlam diş və ağız boşluğuna sahib olmaq üçün bu, əsas şərtlərdəndir.

loading...

Ağız boşluğunun gigiyenasına diqqət yetirilməlidir. Bunun üçün diş sapı, qarqaralardan istifadə edilməlidir.

Diş fırçası 3 aydan bir dəyişdirilməlidir. Unutmayın ki, sərt şəkildə fırçalama dişlərin mina qatı üçün ziyanlıdır. Fırça dişlərə yuvarlaq şəkildə çox sərt olmamaq şərti ilə sürtülməlidir.

Statistikaya görə, demək olar ki, hər 12 yaşlı uşağın 3-4 xəstə dişi vardır. Uşaqlarda ilk ortodontik müayinə 7 yaşdan sonra olmalıdır. Erkən yaşda keçirilən müayinə dişlər daimi olmadığı üçün effektiv olmaya bilər.

Diş fırçası və pastanı diqqətlə seçin. Diş fırçası mütləq yuvarlaq uclu süni lifli, emal və damaq vəziyyətinə uyğun olmalıdır. Sərt lifli fırçadan hər şey yaxşı olsa belə istifadə etmək lazım deyil. Diş pastası da dişlərin və diş ətinin vəziyyətinə görə seçilməlidir.

Qida qəbulu zamanı temperatura diqqət yetirin. Çox qaynar və ya soyuq qida diş emalına ziyandır və mikroçatlaqlara səbəb ola bilər.

Əgər diş əti, dişlər, çənə sümüyündə və s. hər hansı anormallıq müşahidə etsəniz, vaxt itirmədən stomatoloqa müraciət edin.

loading...

Bunuda oxu...