DİŞLƏRİN SAĞLAMLIĞI ÜÇÜN 10 MƏHSUL

DişlərAğızın yaxalanması üçün maye, diş fırçası və diş sapı əlbəttə, kariyessiz sağlam qar kimi ağ dişlərə malik olmaq üçün çox əhəmiyyətlidir. Amma qidalanma zamanı düzgün məhsulların istifadəsi həmçinin ağız boşluğunun bir çox xəstəliklərinin qarşısını ala bilər ki, onların arasında diş ətinin iltihabı, dişlərin dağıdılması və ağızdan gələn xoşagəlməz qoxunu qeyd etmək olar.

Bunun üçün biz qəbul etdiyimiz qidanı ehtiyatla seçməliyik ki, sağlam qalaq və bir sıra xəstəliklərin qarşısını alaq. Sizə sağlam dişlər və parlaq təbəssüm üçün 10 faydalı məhsul təqdim edirik.

Süd – Kalsium, fosfat və D vitamini ilə zəngin məhsuldur ki, bizə güclü diş və sümüklərinə malik olmağa kömək edir. Müntəzəm qaydada südün istifadəsi diş minasını bərpa edir və bizim sümüklərimizi bərkidir.

loading...

Pendir – Məlum olduğu kimi, pendir — sağlam dişlər üçün ən yaxşı məhsullardan biridir. Pendir tüpürcəyin ayrılmasına səbəb olur. Onun təkibində kariyesin yaranmasının əsas səbəbi olan ağız boşluğunda turşuları neytrallaşdıran kalsium və fosfatlar var. Pendir məhsullarında olan kazein diş səthini bərkidir.pendir

Alma – Əgər sağlam ağ dişlərə malik olmaq istəyirsinizsə bu zaman daim alma yeyin. O tüpürcəyin ayrılmasını artırır və dişlərin səthini təmizləyərək minada yaranan çatların qarşısını alır. Alma həmçinin C vitamini daxil olmaqla əhəmiyyətli vitaminlər və minerallarla zəngindir. Nahardan sonra alma yesəniz onun dişlərinizi necə təmizlədiyini dərhal hiss edəcəksiniz.alma

Portağal – dişlərin sağlamlığı üçün əhəmiyyətli olan C və D vitamininin və kalsiumun əla mənbəyidir. Portağal şirəsi ağız boşluğunu dişləri dağıdan bakteriyaları aradan qaldıraraq təmizləyir.portogal

Yoğurt – Təbii yoğurt — kalsiumun və zülalın əla mənbəyidir. Ondan daimi istifadə dişlərin yaxşı vəziyyətdə qalmağını təmin edir və bağırsaqların işini normallaşdırır. Əmin olun ki, yediyiniz əlavələrsiz və şirinləşdirici maddələrsiz sadə yoğurtdur, çünki onun tərkibində dişləri dağıdan şəkər yoxdur.yogurt

Fındıq – Çərəzlər dişlər üçün çox faydalıdır. Onların tərkibində minerallar və vitaminlər olur ki, dişləri güclü və sağlam saxlayırlar. Yerfındığı kalsium və D vitamini ilə zəngindir. Qoz isə sellüloz, dəmir, folio turşusu, tiamin, maqnezium, E və B6 vitamini ilə zəngindir ki, bu da dişlər üçün çox faydalıdır.findiq

Çay – Yaşıl və qara çayın tərkibində kariyesə səbəb olan bakteriyalarla mübarizə aparan xüsusi maddələr var. Onların tərkibində həmçinin diş minasını çatlardan qoruyan elementlər də var. Lakin faydalı olması üçün çayı şəkərsiz içmək lazımdır.yasil-cay

Qara şokolad – Qara şokoladın tərkibində taninlə zəngin kakao var. Tanin diş eroziyasının və həmçinin diş ətinin iltihabının qarşısını almağa kömək edir. Kakao həmçinin kariyesə qarşı faydalı hesab edilir və ağızda turşluq dərəcəsinin səviyyəsi aşağı salır. Bundan başqa, tünd şokolad qan dövranını stimullaşdırır və antioksidləşdiricilərlə zəngindir.sokolad

Su – Su tüpürcəyin əsas komponentidir ki, ondan ağız boşluğunun sağlamlığı asılıdır. Su həmçinin dişlərin arasındakı yeməyin hissəciklərini yuyub təmizləyir, kariyesin qarşısını alır və diş minasını bərkidir.su

Şəkərsiz saqqız – Saqqız dişlərin vəziyyətini yaxşılaşdırır, onları təmiz saxlayır və tüpürcəyin ifrazaını stimullaşdırır. Tüpürcək ağızda bakteriyaların qoyduğu turşuları yumaq üçün lazımdır.

xanim.net

loading...

Bunuda oxu...