DİŞLƏRİN ÇIXMASI

Çənələrin inkişaf edərək böyüməsində dişlərin formalaşması və diş çıxarma çox əhəmiyyətli rol oynayır. Bu mürəkkəb bioloji proses müəyyən qanuna uyğun ardıcıllıqla ancaq öz-çənə sistemində baş verir və onun inkişafında özünəməxsus əhəmiyyət kəsb edir.

İnsan orqanizmi üçün iki diş çıxma xarakterikdir. Süd dişləri uşağın 6-8 aylığından etibarən çıxaraq daimi dişlərlə əvəz olunanadək ağız boşluğunda qalırlar.

Süd dişləri hər çənədə 10 diş (4 kəsici, 2 köpək və 4 azı diş) olmaqla, ümumi sayı 20-dir. Quruluş baxımından daimi dişlərə oxşamasına baxmayaraq, ölçülərinin kiçik, minalarının rənginin göyümtül, köklərinin qısa, tac boşluğunun böyük, kök kanallarının geniş olması ilə onlardan fərqlənirlər.

loading...

Diş tacının diş ətini dəlib ağız boşluğunda görünməsi dişlərin çıxması adlanır. Dişlərin çıxması orqanizmin ümumi vəziyyətindən asılı olan bir prosesdir. Bir qayda olaraq, aşağı dişlər yuxarı dişlərdən əvvəl çıxır. Uşağın 6-8 aylığında mərkəzi kəsici dişlər, 8-12 aylığında yan kəsici dişlər, 12-16 aylığında birinci azı dişləri, 16-20 aylığında köpək dişlər, 20-30 aylığında ikinci azı dişləri çıxırlar. Süd dişləri 6-7 yaşa qədər ağızda qalır və bu yaşdan etibarən daimi dişlərlə əvəz olunurlar. Daimi dişlər çıxdıqca süd dişlərinin kökü sorularaq, laxlayır və düşürlər.

Hər çənədə 16 daimi diş yerləşir. Bunlardan 4-ü kəsici, 2-si köpək, 4-ü kiçik azı və 6-sı böyük azı dişləridir.

Daimi dişlərin çıxması adətən 6-7 yaşdan başlayır, və ilk növbədə, birinci molyar dişlər çıxmağa başlayır. 7-8 yaçında mərkəzi kəsici dişlər, 8-9 yaçında yan kəsici dişlər, 9-10 yaşında ikincibirinci premolyarlar, 10-11 yaşında köpək dişlər, 11- 12 yaşında ikinci premolyarlar, 12-13 yaşında ikinci molyarlar çıxərlar.

Ağıl dişlərinin çıxma müddəti hər bir şəxsdə fərdi olub, əksər hallarda 17-25 yaşlarına təsadüf edilir.

Diş sıraları qapanarkən bir-biri ilə görüşən yuxarı və aşağı dişlər antoqonist dişlər adlanır. Aşağı mərkəzi kəsici və yuxarı üçüncü molyar dişdən başqa, hər bir dişin iki antoqonisti olur. Sağ və sol tərəfdəki eyni adlı dişlərə antimerlər deyilir.

Çeynəmə funksiyası zamanı dişlər və diş qruplarının yerinə yetirdiyi vəzifələrə görə bir-birindən fərqlənirlər. Diş qövsünün mərkəzində yerləşən dişlər, əsasən, qidanı dişləmək və parçalamaq üçündür. Diş qövsünün yan tərəflərində qidanı xırdalayan və əzən dişlər yerləşir.

Sağ və sol tərəfin dişlərini bir-birindən fərqləndirmək üçün tacın bucaq əlaməti, minanın əyrilik əlaməti və kök əlamətindən istifadə edilir. Tacın bucaq əlaməti dedikdə, dişin çeynəmə və medial təmas səthlərinin əmələ gətirdiyi bucağın çeynəmə və lateral təmas səthlərinin əmələ gətirdiyi bucaqdan iti olması nəzərdə tutulur. Minanın əyrilik əlmətini təyin etməkdən ötrü dişə çeynəmə səthindən baxmaq lazımdır.

Vestibulyar tərəfdə minanın medial hissəsi distal tərəfə nisbətən çıxıq olur. Kök əlamətinə əsasən dişin sağ və ya sol tərəfə mənsub olmasını tapmaq üçün xəyalən dişin şaquli oxunu çəkmək lazımdır; dişin şaquli ox onun mənsub olduğu tərəfə əyilir.

Şirinzadə Səma

loading...

Bunuda oxu...