DİŞLƏRİMİZƏ DÜZGÜN QULLUQ ETMİRİK

rizvan-məmmədovAzərbaycan Tibb Universitetinin terapevtik stomatologiya kafedrasının dosenti, Məmmədov Rizvan ila müsahibədən.

Azərbaycanda ən çox yayılmış diş xəstəlikləri hansılardır?

Azərbaycanda ən geniş yayılmış xəstəliklər karies və onun ağırlaşmaları olan parodont xəstəlikləridir. Onların əhali arasında yayılması 90% -dən çoxdur. Bundan başqa qeyri-karies mənşəli xəstəliklər, xüsusən də flüazor, selikli qişa xəstəlikləri də kifayət qədər (30%-dən çox) geniş yayılmışdır.

loading...

Azərbaycan əhalisi dişlərinə düzğün qulluq edirmi?

Bu sahədə mütamadi olaraq çoxlu sayda məqalələr çap edilməsinə və kütləvi informasiya vasitələrində tövsiyə xarakterli çıxışlar edilməsinə baxmayaraq, əhali arasında dişlərə düzğün qulluq edilməsi qənaətbəxş vəziyyətdə deyildir. Birincisi qeyd etmək lazımdır ki, hər bir şəxs gündə 2 dəfə dişlərini fırçalamalı və yeməkdən sonra ilıq su ilə yaxalamalıdır.

Səhər və axşam yatmamışdan qabaq dişlərin təmizlənməsi mütləqdir. Bundan başqa hər bir şəxs həkimin məsləhətinə uyğun olaraq ağız boşluğunun gigiyenasına individual yanaşmalıdır. Ağız boşluğunun sanasiyası, kariesli dişlərin müalicəsi, ehtiyac olduqda ortopedik və cərrahi müaligə də vacib şərtlərdəndir.

Diş sağlamlığı üçün profilaktik olaraq nə etmək lazımdır?

Dişlərin sağlamlığı üçün profilaktika qaydalarına mütləq riayət edilməlidir. Bunun üçün ilk növbədə ağız boşluğunda sanasiya aparılmalı və diş daşları təmizlənməlidir. Bundan sonra dişlərin vaxtlı vaxtında fırçalanması, antiseptik vasitələrlə həkimin göstərişinə üyğun olaraq qarqara edilməsi, kəskin acı, turş, şirin qidalardan bir qədər az qəbul edilməsi, ildə 2-3 dəfə ağız boşluğunda dişlərin vəziyyətinə nəzarət üçün həkim müayinəsindən keçməsi və s. profilaktik tədbirlərə aiddir. Bəzi regionlarda yod çatışmazlığı ilə əlaqədar yodlu duzlardan istifadə edilməsi də profilaktik tədbirlərə aiddir.

Stomatologiyada yeni hansı tendensiyalar, yeniliklər var? İmplantlar Azərbaycanda nə dərəcədə populyardır?

Son dövrlərdə stomatologiya sahəsində həm estetik,həm də funksional olaraq çox yüksək keyfiyyətə malik plomb materiallarından istifadə edilməklə yanaşı implantologiya da geniş yayılmışdır. Artıq demək olar ki, bu sahədə stomatoloq-həkim hazırlığında implantologiya sahəsi də tibb universitetinin stomatologiya kafedralarında tədris olunmağa başlamış. Respublikada bu sahədə bir çox müasir implantoloji klinikalar yaradılmışdır. Bu sahədə müxtəlif kurslar açılmış və həkimlərin praktiki vərdişlərinin artırılması üçün böyük işlər görülməkdədir.

amu.edu.az

loading...

Bunuda oxu...