DİSFAGİYA NƏDİR

DisfagiyaDisfagiya udma aktının pozulması; buna səbəb qida topasının qida borusu ilə irəliləməsinə maneə olan üzvi və ya funksional pozğunluqlardır. Disfagiyanı törədən əsas səbəblər udlağın xəstəlikləri (travmatik və ya iltihab xarakterli), sinir sisteminin və udma aktında iştirak edən əzələlərin zədələnməsi, qida borusunun daralması (orta divarın və qida borusunun şişləri, limfa düyünlərinin böyüməsi), qida borusunun selikli qişasının zədələnmələridir (travma, yanıq, iltihab).

Disfagiyanın əsas simptomu qidanı uda bilməməkdir, xəstə əvvəlcə bərk qidanı, sonralar isə duru qidanı da uda bilmir. Funksional disfagiya ya hərdənbir, ya da vaxtaşırı baş verir və qıcıqlandırıcı qida
(isti və soyuq) ona təkan verir.

İsterik nevroz nəticəsində baş verən disfagiya duru qida və su udanda da əmələ gələ bilər, lakin bərk qida udanda baş verməyə bilər. Adətən funksional disfagiya artmır. Üzvi disfagiyada remissiya (yaxşılaşma) olmur və bərk qida udduqda baş verir. Qidanın üstündən su içmək yüngüllük gətirir.

loading...

Qida borusunda şiş olduqda disfagiya artır və udduqda döş sümüyünün dalında ağrı olur. Disfagiyanın üzvi mənşəli olmasından şübhələndikdə qida borusunu və mədəni rentgeneloji müayinədən keçirib sonra fibroezofaqoskopiya aparmaq lazımdır.

Tibb bacısının məlumat kitabı — B.: «Çıraq» 2008.

loading...

Bunuda oxu...