DİSBAKTERİOZ HAQQINDA

DisbakteriozNormalda bağırsaqlarda təxminən 500 növ bakteriya yaşayır. Elə bakteriyalar var ki, çox önəmlidir, bunlar – “faydalı bakteriyalar“dır. Onlar bir-birləri ilə dostdurlar və müxtəlif funksiyalara malikdirlər.

Qidanı həzm etməyə kömək edir

Zülalları, yağları və karbohidratları parçalayır.

loading...

Bədəni qida maddələri ilə zənginləşdirir və hətta bəzi vitaminləri sintez edir.

İmmunitet sisteminə cavabdehdir və hətta hormonal və sinir sisteminə də təsir göstərir.

“Faydalı bakteriyalarla” yanaşı bədənimizdə “pis bakteriylar “yəni, patogen bakteriyalar da yaşayır.

Onlar kənarda, sanki pusquda gözləyirlər və stres, qidalanma pozulanda və ya mədə-bağırsaq xəstəliklərinin kəskinləşməsi vaxtında aktivləşirlər. Nəticədə mikrofloranın tarazlığı pozulur, həzm və qida maddələrinin udulması pozulur. Dizbakterioz halı əmələ gəlir. Qəbizlik və ya ishal, köp , qarında ağrılar kimi şikayətlər xəstələri narahat edir.Bu halda biz nə etməliyik?

“Pis bakteriyaların” sevdikləri qidaları yeməyin: “sürətli’ karbohidratlar – şəkər, şirniyyatlar, “Faydalı bakteriyalar” nə xoşlayırsa onu yeyin. Yulaf, qreçka, qöyərti, liflə zəngin məhsullar, tərəvəz və meyvələr qəbul edin. Fermentləşdirilmiş qidalar, kələm turşusu, duza qoyulmuş  xiyar da həmçinin.

Həkimin tövsiyəsinə uyğun olaraq, “faydalı bakteriyaları” və əlavə vitamin ehtiva edən hazır (probiotiklər) aptekdə ala və qəbul edə bilərsiniz.

Dr. Natavan Xanlarova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...