DİŞ DAŞLARININ ƏMƏLƏ GƏLMƏSİ

Tam formalaşmış diş yastıqcığı iki gün ərzində 50%-dək, sonrakı günlərdə isə (12 günədək) 60-90%-dək minerallaşmış olur.

Minerallaşmanın ilkin mərhələsi bilavasitə pellikulaya yapışmış kokk qrupu mikroblarının divarlarında və hüceyrələrarası substratda aşkar edilir. Daha sonra hüceyrə sitoplazması da minerallaşır.

Diş ətiüstü ərpin minerallaşma mənbəyi ağız suyu, diş əti altınınkı isə diş əti mayesidir. Minerallaşmış diş ərpi praktik olaraq inertdir, buna baxmayaraq ənənəvi formada xəstəliklərin əmələ gəlməsində diş daşlarının rolu həlledici hesab olunur və əksər hallarda parodontun zədələnmə dərəcəsi diş daşlarının miqdarı ilə korrelyasiya olunur.

loading...

Diş daşları ərpin “daşıyıcısı” hesab olunur. Buna görə də diş daşlarının miqdarı çoxaldıqca, patogen mikroorqanizmlər də çoxalmağa başlayır və prosesin ağırlaşması müşahidə edilir. Bununla yanaşı, diş ərpinin olması, heç də həmişəparodontun iltihabi xəstəliklərinin əmələ gəlməsinə səbəb olmur.

Bu hadisənin səbəbi, filogenetik olaraq, orqanizmin müxtəlif tip aqressiyalara qarşı çoxsaylı müdafiə mexanizmləri qazanması ilə izah olunur. Bu baxımdan, yerli immunitetdə iltihabi reaksiyaları stimullaşdıran və tormozlayan sitokinlər həlledici rol oynayır.

Sitokinlər – immun sisteminin polipeptid molekulları olub, makrofaqlar, limfositlər və monositlər – makrofaqal növün digər hüceyrələri tərəfindən sintez olunan və suda həll olunan hormonabənzər zülallardır. Sitokinlər yalnız yad cisimlər orqanizmə daxil olduğu halda sintez olunmağa başlayır.

Belə cisimlər isə diş yastıqcığındakı parodontopatogen mikroblar hesab olunur.

Hazırda 60-dan çox sitokin aşkar edilmişdir. Sitokinlərin praktik rolu, onların iltihab proseslərini nizamlaması ilə izah olunur.

Parodont xəstəlikləri, R. M. Məmmədov, B. M. Həmzəyev

loading...

Bunuda oxu...