DIRNAQLARDA DƏYİŞİKLİKLƏR VƏ ONLARIN SAĞLAMLIQLA ƏLAQƏSİ

DırnaqlarDırnaqlar sağlamlıq vəziyyətindən  və mümkün problemlərdən xəbər verir. Bu səbəbdən onların formasına, rənginə və teksturasına diqqət yetirmək gərəkdir.

Dırnaqların uzanma sürətidə müəyyən problemlər haqqında xəbər verir. Sağlam dırnaqlar ayda 3.5 mm artır. Dərman, travma, qidalanma və stress bu prosesə təsir edə bilir.

Növbəti dəyişikliklərə fikir verin.

loading...

Sarı dırnaqlar

Siqaret, qocalıq və lakdan istifadə dırnaqların saralması ilə nəticələnir. Əgər saralma dırnaqların qalınlaşması və qırılması ilə birlikdə baş verirsə bu diabet, psorioz, qalxanabənzər vəzin xəstəlikləri ilə əlaqədar ola bilər.

Quru, çatlamış və qırılğan dırnaqlar

Əgər dırnaqlar quru və zərifdirlərsə bu göbələk infeksiyaları ilə əlaqədar ola bilər. Zəfir dırnaqlar biotin, A və C vitamini çatışmamazlığının göstəricisidir.

Dırnaqların qalınlaşması

Belə hal qanda oksigen çatışmamazlığının göstəricisidir. Həmçinin ürək, böyrək xəstəlikləri, bağırsaq xəstəlikləridə mümkündür.

Dırnaqlarda ağ ləkələr

Müəyyən hallarda bu göbələk infeksiyası göstəricisi ola bilər.

Qatlanılmış

Əgər dırnaqlar qıraqlarında qatlanırsa, qaşığa bənzər forma alırsa, bu dəmir çatışmamazlığı, ürək xəstəlikləri və hipotireo səbəbindən ola bilər.

Qara nöqtələr

Qara nöqtələr və ağrılı böyümə melanoma göstəricisi ola bilər.

Çəhrayı xətlərlə ağ dırnaqlar

Belə hal qaraciyər xəstəlikləri, diabet, böyrək və ürək çatışmamazlığı ilə əlaqədar ola bilər.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...