DİGƏR İÇKİLƏRİ SU İLƏ ƏVƏZ ETSƏK

SuSudan fərqli içkilərin nə qədər zərərli olduğunu bilirik. Bəs onları tamamilə su ilə əvəz etsək necə olar? Tanınmış bloger və mühazirəçi Chris Baileyin bir ay çəkən araşdırmasının nəticələri:

Daha sürətlə çəki itirəcəksiz. 9 gün sadəcə su içərək günə 8km qaçmış qədər kalori yandıracaqsız.

Metabolizminiz güclənəcək, enerji səviyyəniz artacaq. Səhər tezdən qəbul etdiyiniz sadəcə yarım litrlik su metabolizminizi 24% artırır.

loading...

Beyniniz daha yaxşı işləyir. Beynin 75-85%-ni su təşkil etdiyindən su içməklə ona yaxşı işləməsi üçün lazimi yanacağı verirsiniz. Hansı ki, sizə diqqətinizi daha çox cəmləməyə imkan verir.

Daha az yemək yeyirsiniz. Su iştahanı azaldır və bu da əgər çəki itirmək istəyirsinizsə buna kömək olur.

Bədəniniz toksinləri (zəhərli maddələri) daha sürətlə ifraz edir. Su zəhərli maddələri yuyur aparır, yaşlanmanı geciktirir.

Su bir çox xəstəlik risklərini azaldır. Bunlara hipertoniya(yüksək təzyiq), sidik kisəsi xəstəlikləri və hətta bağırsaq xərçəngi də aiddir.

Ürəyiniz daha yaxşı işləyir. Gündə 5 stəkan su içmək infarktı 41% azaldır.

Dəriniz yumşaqlaşır və təmizlənir. Su dərini təmizləyir və nəmləndirir.

Və ən nəhayət pula xeyli qənaət etmiş olursunuz. Axı suyun qiyməti digər içkilərə nisbətdə çox-çox aşağıdır.

Mənbə @bakhishovary

loading...

Bunlarıda bəyənə bilərsiniz ...