DİALİZ XƏSTƏLƏRİNƏ YAY FƏSLİNƏ AİD MƏSLƏHƏTLƏR

Dializ xəstələri yay fəslində, ilk növbədə, əgər işləyirlərsə, mütləq istirahət, ezamiyyətə çıxmalıdırlar. Bundan əlavə yayın isti günlərində dializ xəstələri sağlamlıqları üçün bəzi məsləhətlərə riayət etsələr, bu fəsli daha rahat və istirahət etmiş keçirə bilərlər.

Günəşin qızmar saatlarında günəşin altında gəzməməli

Ani qıcolmalar yaşayabildikləri üçün dənizdə dərin yerlərə üzməməli

loading...

Uzunmüddət bayırda vaxt keçirməyi düşünürsünüzsə fosfor dərmanlarınızı yanınızda götürməli və tərkibində çox duz olan yeməklərdən çəkinməli

Tətilə çıxmazdan əvvəl tətil keçirdikləri yerdə əvvəldən dializ üçün vaxt təyin etməli və təqib edən həkimdən bu dializ üçün arayış almalı

Dərman axtarmaqda çətinlik çəkməmək üçün, tətilə çıxarkən həmin müddət üçün dərman ehtiyatı, şəkər və təzyiq ölçənaparatı özləri ilə götürməli

Həddindən artıq sürətlə qaçmamaq şərtilə, gündəlik idman məşğələləri etməli

Meyvələrin tərkibi 90% sudur, bir orta şaftalı, alma və ya 5-6 çiyələk, bir stəkan suya bərabər sayılır. 2 böyük dilim qarpız 2 stəkan sudur. Bu qədərləri nəzərə alaraq, dializ xəstələri qidalanmalarına fikir verərək, yayı çox rahat keçirə bilərlər.

Dr. Barat Yusubov

loading...

Bunuda oxu...