DİABETLİ UŞAQLARIN BOYU QISA QALA BİLƏRMİ?

Diabet nəzarəti yaxşı olan uşaqlar sağlam və uğurlu bir həyat yaşaya biləcəkləri kimi, öz genetik boy potensiallarına da çata bilirlər.

İnsulin,  böyümə hormonu və faktorlarının (İGF-1) yetərli ifrazında və təsirində vacib rolu olan hormondur. Bu səbəblə, yetərli insulin alan uşaqlarda boy artımı da normal olur.

Ancaq, uzun müddətli qeyri-düzgün nəzarəti olan, az insulin alan uşaqların boy artımları zəifləyə və cinsi inkişafları ləngiyə bilər.

loading...

Mauriac sindromu ” boy qısalığı, yağlanma, qlikogen toplanmasına bağlı qaraciyər böyüməsi, gecikmiş cinsi inkişaf, qarın şişkinliyi əlamətləri ilə təzahür edən, nəzarətsiz diabetlilərdə görülür.

Qısacası, tip-1 diabetlilərdə diabet nəzarəti yaxşı olmazsa, boy qısalığı ehtimalı artmış olur.

Dr. Ləman Sultanova

loading...

Bunuda oxu...