DİABETİK NEFROPATİYA NƏDİR

diabetic-nephropatiyaNefropatiya mikrovaskulyar pozulmadır və böyrək çatışmazlığı ilə nəticələnər. Qanda şəkərə nəzarət edilməməsi (böyrək zədələnməsinə genetik meyillilik olan şəxslərdə) nefropatiyanın yaranmasına səbəb olur və son mərhələdə böyrək çatışmazlığı yaranır.

Tip 1 diabet xəstələrinin 30-40%-də, tip 2 diabet xəstələrinin isə 5-10%-də son mərhələdə böyrək çatışmazlığı inkişaf edir. Kişilərdə qadınlara nisbətən 1,7 dəfə daha çox rast gəlinir.

Böyrək çatışmazlığının əlamətləri hansılardır?

loading...

Gecə sidiyə çıxma, halsızlıq, ürək döyünməsi, hipertoniya, sidiyin miqdarında azalma, əl və ayaqlarda şişmə böyrək çatışmazlığının əlamətləridir.

Diabetin müddəti uzandıqca diabetik nefropatiya riski də artır. Diabetə nəzarətin olmaması, hipertoniya, qan yağlarının yüksək olması, tez-tez keçirilən sidik yolu infeksiyaları və siqaretdən istifadə nefropatiyanın yaranma riskini artırır.

Müdafiəsi və müalicəsi:

Diabetik nefropatiyanın qarşısını almaq üçün ilk olaraq pozulmaya səbəb ola biləcək faktorları aradan qaldırmaq lazımdır. Nefropatiyanın inkişafında və irəliləməsində ən əhəmiyyətli risk faktorları qlikemiyaya nəzarətin olmaması və hipertoniyadır.

Diabetik nefropatiyanın müalicəsi:

Qanda şəkəri nəzarətdə saxlamaq: Normal səviyyələrə yaxın qlikemiyaya ciddi nəzarət albumin ifrazını azaltdığı və kliniki nefropatiya gedişinin qarşısını aldığını göstərən araşdırma nəticələri var. (HbA1C-nin <% 6.0-% 7.0 olması);

Qan təzyiqi nəzarətdə saxlanılmalı, hipertoniya varsa müalicə edilməlidir (Qan təzyiqi 130/80 mmHg olmalı);

Sidik yolu infeksiyası zamanında müalicə edilməlidir;

Pəhriz saxlamaq və zülal qəbulunu azaltmaq lazımdır (zülal 0.8-1.0 g / kq / gün alınması);

Hiperlipidemiyanın müalicəsi: Qan yağlarının normal səviyyədə saxlanılması, xolesterin və yağdan az istifadə edilməlidir;

Davamlı olaraq yüngül idman hərəkətləri və artıq çəki aradan qaldırılmalıdır.

Dr. Arzu Əyyubova

loading...

Bunuda oxu...