DİABET VƏ HAMİLƏLİK

təzyiq və hamiləlikHamiləlik zamanı orqanizmin enerji ehtiyacı artır. Uşağın normal inkişafı üçün, lazımi enerjini təmin etmək üçün glükozanın istifadəsinə tələbat artır. Bu səbəblə, hamilə qadınlarda qan şəkəri normala görə daha aşağı səviyyədədir.

Lakin, hamilə qadınlarda həm insulin səviyyəsinin yetərli olmaması, həm də karbonhidrata qarşı artmış tələbat hüceyrələrin glükoza aclığına səbəb olur. Bu isə hamilə qadınlarda diabetin əsas səbəblərindən biridir.

Hamiləliyin şəkərli diabetə təsiri

loading...

Diabet olan hamilə qadınla, diabet olmayan hamilə qadınlar arasında ən önəmli fərq, diabetdə ketoasidoz risqinin armasıdır. Hamilələrdə, normalda insulin ehtiyacının onsuzda artmasını nəzərə alsaq, diabetik hamilələrdə, xüsusilə ilk trimestrdən (3 ay) sonra insulin ehtiyacı qarşılanamayacaq səviyyədə olur.

Diabetik hamilələrdə artmış insulin və qlükoza ehtiyacını tarazlamaq ana və uşaq sağlamlığı baxımdan çox önəmlidir. Əks təqdirdə, uşaqlarda ürək, skelet sistemi anormallıqları, analarda isə vaxtından əvvəl doğum, uşağın düşməsi və ölü doğum riski artır.

Gestasyonal diabet nədir?

Hamiləlik öncəsi yetərli insulin ifraz edə bilən Pankreas hüceyrələri, hamiləliyin irəliləməsi ilə yetərli insulin sintez edə bilməz və bu səbəblə daha öncə diabet əlamətləri olmadığı halda, hamiləlik boyunca qan şəkəri yüksələ bilər. Gestasyonal diabet adlandırılan bu durum, hamiləlik bitincə adətən düzəlir.

Diabet xəstələrində doğum planlanması nə cür olmalıdı?

Hamilə qalmasında həyati risk olmayan qadınlar, uşağın normal inkişafını təmin etmək üçün, hamiləlik planlamazdan ən az 3 ay öncədən mütəmadi nəzarətdə saxlanılmalı və qan şəkərləri nizamlanmalıdır.

Dr. Natavan Məmmədova

loading...

Bunuda oxu...