DEPRESSİYANIN SAĞLAMLIĞA TƏSİRİ

İsveçrənin Basel universitetinin mütəxəssisləri 13-18 yaş arası 6483 amerikalı yeniyetmənin tibbi tarixçəsini analiz ediblər. Onların məqsədi depressiyanın sağlamlığa necə təsir etdiyini öyrənmək olub. Məlum olubki depressiya gənclərdə, bir çox hallarda, artritə və həzm orqanlarında müxtəlif xəstəliklərə səbəb olur. Təlaş isə dəri xəstəlikləri ilə nəticələnir.

Bundan əlavə, təlaş ürək xəstəliklərindən əziyyət çəkən insanlarda daha çox rast gəlinir. Həmçinin, mütəxəssislər, ilk dəfə, epilepsiya və sonradan həzm prosesinin pozuntusu arasında korrelyasiya aşkar ediblər. Tədqiqatçılar bir neçə psixi və somatik xəstəliklərin risk faktorlarınıda tapıblar.

Yeri gəlmişkən, ABŞ` ın Pensilvaniya universitetinin (University of Pennsylvania) mütəxəssisləri ağır depressiyaya, ritmik nəfəs alma texnikası olan, Sudarşan Kriya vasitəsilə qalib gəlməyin mümkünlüyünü vurğulayırlar.

loading...

Eksperiment ərzində dərman qəbulu ilə birgə, həmçinin nəfəs alma məşqləridə edən iştirakçılarda kliniki depressiya simptomları daha çox azalmışdır, nəinki ancaq dərman qəbul edənlərdə.

Depresssiyadan azad olmaq üçün idmanla məşqul olmaq kifayət qədər faydalıdır. 

loading...

Bunuda oxu...