DEPRESSİYA VƏ XƏRÇƏNGİN ƏLAQƏSİ

Depressiya və həyəcanlılıq kimi psixi pozuntular xərçəng ehtimalını artıra bilər. Bu haqda London Universitet Kolleci, Edinburq və Sidney universitetindən olan alimlər xəbər verir. Onlar birbaşa əlaqəni tapmasalarda, eksperimentin nəticəsinin psixosomatikaya uyğun olduğunu bildirirlər. Yəni psixoloji vəziyyətin fiziki vəziyyətə təsir etməsini.

Eksperiement zamanı mütəxəssislər 1994-2008-ci illərdə aparılmış 16 elmi işi analiz ediblər. İştirakçıların (16 yaşından yuxarı və xərçəngdən əziyyət çəkməyən qadın və kişilər) ümumi sayı 163 minə bərabər olub. Onların hamısı bir sıra suallara cavab veriblər, hansıların ki arasında psixoloji vəziyyətləri haqqında suallar olub. Sonra doqquz ildən çox bir zaman ərzində içtirakçıları/respondentləri müşahidə ediblər. Bu zaman ərzində onların 4 353 xərçəngdən vəfat edib.

Sonra alimlər yüksək psixoloji diskomfortdan əziyyət çəkən və sağlam  psixikaya sahib olan iştirakçılar arasında xərçəngdən ölüm ehtimalını ölçüblər. Yaş, cins, təhsil, sosial-iqtisadi status, fiziki göstəricilər, siqaret və alkoqol istifadəsidə nəzərə alınıb. Məlum olub ki, ciddi psixi problemi olan pasientlər arasında xərçəngdən ölüm faktları daha çox olub, əsasən onlar xərçəngin növbəti növlərindən əziyyət çəkiblər – bağırsaq, mədəaltı, prostat, qida borusu xərçəngi və leykoz.

loading...

Depressiya kifayət qədər çox yayılmış xəstəlikdir. Məsələn hamiləlik zamanı hər yeddinci qadın depressiyadan əziyyət çəkir. Bu gələcək uşağada təsir edir – o daha az çəki ilə doğulur. Mütəxəssilər hamiləlik zamanı depressiyanın qarşısını müalicə ilə, yaxud fiziki aktivliyin biraz artırılması ilə alınmasını məsləhət görür.

loading...

Bunuda oxu...