DEPRESSİYA NƏDƏN BAŞLAYIR

Bəzən hər birimizdə: özünü dəyərsiz, məyus, ümidsiz və heç bir işə yaramayan biri kimi hisslər ola bilər. Bu bir zəiflik əlaməti deyil. Amma bu hisslər artıq 2 həftə davam edirsə, depressiyaya çevrirə bilər və biz davamlı pis əhval ruhiyyəmizi ciddiyə almasaq da , depressiya əslində psixi pozuntu və kliniki bir vəziyyətdir.

Depressiya– bütün psixi pozuntular arasında ən sıx rastlanandır və hər bir insanın depressiyyaya düşmə ehtimalı 20 faizdir.

Depressiv pozuntu: əvvəllər zövq aldığınız şeylərə marağın azalması, intensiv kədər hissi, həvəs və marağın itməsi, özünü günahlandırma, intihar düşüncələri, səbəbsiz ağlama, fiziki problemlər (baş ağrısı, kürək ağrısı və s.), diqqət problemləri, özünü dəyərsiz hissetmə, narahat, təlaşlı olmaq yorğunluq və enerjisizlik, qərarsızlıq, qətiyyətsizlik, yuxu problemləri, seksual istəyin azalması, iştahda və çəkidə dəyişiklik, gözlənilməz əsəb reaksiyaları, pessimist düşüncə, özünə etimadın azalması, tənhalıq meyli, çarəsizlik hissləri kimi əlamətlərlə təzahür edir.

loading...

Yuxarıda sadalanan halları yaşayırsınızsa və ya yaxınınızda izləyirsinizsə bu depressiya deməkdir. Və durumda müalicə, profesionla yardım almaq – sağalmaq üçün çıxış yoludur.

Dr. Azər Bağırov

loading...

Bunuda oxu...