DEPRESSİYA VƏ KİMYATERAPİYA

Çjençjou universitetinin (Çin) mütəxəssisləri 186 xəstəninin tibbi məlumatını analiz ediblər. Onların hamısında, bu yaxınlarda, ağ ciyər xərçəngi aşkar edilib. Tədqiqatın məqsədi depressiyanın xərçəngin mualicəsinə təsirini öyrənmək olub.

Mütəxəssislər aşkar ediblər ki, depressiyadan əziyyət çəkən, xərçəng xəstələrinin beyinlərində neyrotrofik faktor (BDNF) azalıb. Bu isə onların şişə qarşı preparatlara və dərmanların yan effektlərinə qarşı olan hissiyatını zəiflədir.

Zülalın qanda çatışmaması ağır depressiyadan əziyyət çəkən xəstələrə xəçəng ilə mübarizə aparmağa maneə olur. Depressiyadan əziyyət çəkən könüllülərin ölüm riskidə çox idi.

loading...

Tədqiqatçılar deyir ki, həkimlər xərçəng xəstələrinin əhvalını və emosional vəziyyətini müşahidə etməlidirlər. Görünən odur ki, depressiya kimyəvi terapiyanın effektlivliyinə təsir edir, və BDNF bu prosesdə əsas rol oynayır. Əvvəlki tədqiqatlar BDNFin beyinin normal funksiyası üçün vacib olduğunu göstərmişdi. BDNFin dərəcəsinin düşməsi psixi pozuntularla əlaqəlidir.

loading...

Bunuda oxu...