DEPRESSİYA ƏLEHİNƏ 8 QİDA MƏHSULU

Yaxşı əhval üçün vacib olan sevinc hormonu serotonindir. Onu isə orqanizm triptofandan sərbəst şəkildə istehsal edir. Sonuncunu isə qida məhsullarından alma gərəkdir. O şokoladda, yağlı balıqda, qozda və  zülallı məhsullarda olur.

Vitamin B, C, D, maqniy, sink və sarə daşıyan qida məhsullarını qəbul etmək lazımdır.  Məhsulların siyahısı belədir:

Balıq

loading...

Omeqa-3 turşusunu daşıyan bu qida məhsulu çox vacibdir. Həmçinin balıqda triptofan, vitamin D, B6 var. Sonuncu immuniteti gücləndirir və əhvalı qaldırır.

Yumurta

Yumurtada yağ turşuları və A, E, D, B  vitmainləri və triptofan var.

Narıncı və qırmızı meyvələr və tərəvəzlər

Balqabaq, apelsin və mandarin, bolqar bibəri, kök əhvalı yaxşılaşdırır. Çünki onlarda çoxlu vitamin var. Həmçinin meyvə və tərəvəzlərdə bioflavonidlər var, hansılar ki beyinin qan dövranını yaxşılaşdırır.

Dəniz məhsulları

Dəniz məhsullarında yod var, onsuz maddələr mübadiləsi mümkün deyil. Yod işğüzarlığa və beyin aktivliyinə müsbət təsir edir.

Ədviyyatlar

Muskat, yaşıl hil, çin razyanası. Stress əlehinə faydalıdır. Ancaq böyük həcmdə istifadə məsləhət deyil.

Şokolad

Kakaoda böyük həcmdə triptofan var. Həmçinin kofein. Hər ikisi yorğunluğu götürür.

Banan

Banan insanda eyforiyaya səbəb ola bilər. Həmçinin banan B6 vitamininin daşıyıcısıdır, bu isə onu xroniki yorğunluq və depressiyaya qarşı effektiv edir.

Paxlakimilər

B qrupu vitaminlərinin dəyişməz mənbəyidir. Onlar sinir sisteminin işinə vacibdir, əhvalı yaxşılaşdırır və yuxunu normallaşdırır.

loading...

Bunuda oxu...