DEKSAMETAZON, GÖZ DAMCISI

Deksametazonun beynəlxalq patentləşdirilməmiş adı Dexamethasone`dur. Hər hansı şübhə olduğu halda həkimə, əczaçıya və ya tibb bacısına müraciət etmək lazımdır.

Bu dərman preparatı yalnız konkret şəxsə təyin edilmişdir. Onu digər şəxslərə vermək olmaz. Hətta onların xəstəlik simptomları eyni olsa belə, bu preparat onlar üçün zərərli ola bilər.

Əlavə təsirlərdən hər hansı biri ağırlaşarsa və ya bu içlik vərəqədə qeyd edilməyən hər hansı digər əlavə təsir meydana çıxarsa, həkimə, əczaçıya və ya tibb bacısına müraciət etmək lazımdır.

loading...

Tərkibi deksametazon vardır, natrium-hidrofosfat dodekahidrat, natrium-dihidrofosfat, natrium-xlorid, etilendiamintetra-sirkə turşusunun dinatrium duzu dihidrat, benzalkonium-xlorid, polisorbat 80, etanol və sudan ibarətdir.

Farmakoloji xüsusiyyətləri: Dərman preparatının təsiredici maddəsi olan deksametazon iltihabəleyhinə, allergiyaəleyhinə və qaşınmaəleyhinə təsir göstərir.

İstifadəsinə göstərişlər:

Göz almasının kəskin və xroniki allergik və iltihabi prosesləri;

Göz almasının perforasiyasına səbəb olan əməliyyatlardan və travmalardan sonra;

Göz yanıqlarının termiki və kimyəvi nəticələrində.

Əks göstərişlər:

deksametazona və ya preparatın digər komponentlərindən istənilən birinə qarşı

yüksək həssaslıq;

buynuz qişanın və konyuktivanın virus mənşəli xəstəlikləri;

gözlərin mikobakterial infeksiyaları (gözlərin mikozu);

gözlərin vərəmi;

gözlərin müalicə olunmamış irinli (bakterial) iltihabı;

əgər pasiyent yumşaq kontakt linzalar taxırsa (bax: bölmə “Deksametazon 0,1% dərman preparatının bəzi komponentləri barədə vacib məlumat”).

Xəbərdarlıqlar və ehtiyat tədbirləri:

Deksametazon 0,1% dərman preparatını istifadə etməyə başlamazdan əvvəl həkimə, əczaçıya və ya tibb bacısına müraciət etmək lazımdır.

Gözlərin bakterial infeksiyası olan pasiyentlərdə dərman infeksiyanın simptomlarını gizlədə bilər. Bu halda həkim antibiotik təyin edə bilər.

Buynuz qişanın və ya skleranin (gözün quruluşlar) qalınlığının azalmasına səbəb olan xəstəlik keçirmiş şəxslərdə dərmanın istifadəsindən sonra çox nadir hallarda bu quruluşların perforasiyası baş verə bilər.

Dərmanın uzunmüddətli (tövsiyə olunduğundan əhəmiyyətli dərəcədə çox) istifadəsi göbələklər, bakteriyalar və viruslar tərəfindən ikincili infeksiyanın törənməsi riskini artırır. Bu, həmçinin kataraktanın (göz linzalarının, bulanlıqlaşması) baş verməsinə və ya inkişafının sürətlənməsinə, meyilli şəxslərdə gözdaxili təzyiqin yüksəlməsinə, bəzi hallarda isə hətta qlaukomaya gətirib çıxara billar.

Deksametazonla uzunmüddətli istifadə zamanı həkim gözlərin müayinəsi üçün qərar verə bilər (göz linzalarının və buynuz qişanın vəziyyəti, gözdaxili təzyiqin ölçülməsi).

Uşaqlar:  2 yaşa qədər və 2 yaşlı uşaqlarda preparat xüsusi ehtiyatla istifadə olunur. Müalicə müddəti 5 gündən artıq olmamalıdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:

Hazırda və ya yaxın zamanlarda qəbul etdiyiniz və ya qəbul etməyə hazırlaşdığınız bütün dərman preparatları haqqında həkimə və ya əczaçıya məlumat vermək lazımdır.

Deksametazon uzun müddət yüksək dozalarda gözün akkomodasiyasını zədələyən və ya göz bəbəklərini genişləndirən preparatlarla eyni zamanda istifadə olunmamalıdır, belə ki, bu, xüsusilə buna meyilli pasiyentlərdə gözdaxili təzyiqin artması riskini yüksəldir.

Hamiləlik və ilaktasiya dövründə istifadəsi:

Hamiləlik və laktasiya dövründə və ya hamiləliyə şübhə olduqda və ya hamiləliyin planlaşdırıldığı zaman bu dərmanı istifadə etməzdən əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır.

Deksametazon hamiləlik dövründə o zaman istifadə oluna bilər ki, ana üçün gözlənilən fayda döl və ya uşaq üçün potensial riskdən üstün olsun. Südəmər uşağı olan analar deksametazon istifadə etməməlidirlər, belə ki, təsiredici maddənin ana südünə nüfuz etməsi ehtimalı vardır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri:

Deksametazon nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir. Lakin, instiliyasiyadan sonra gözlərin mümkün sulanması səbəbindən preparatı nəqliyyat vasitələrinin idarə olunması və ya hərəkət edən mexanizmlərə qulluq edilməsindən bilavasitə əvvəl istifadə etmək tövsiyə olunmur.

Deksametazon 0,1% dərman preparatının bəzi komponentləri barədə vacib malumat:

Deksametazon 0,1% dərman preparatının tərkibində konservant kimi benzalkonium xlorid vardır. Benzalkonium xlorid gözləri qıcıqlandıra və yumşaq kontakt linzaların rəngini dəyişə bilər. Preparatın istifadəsindən əvvəl kontakt linzalar çıxarılmalıdır. Preparatın damızdırılmasından ən azı 30 dəqiqə sonra onları yenidən taxmaq olar. Deksametazon gözlərin selikli qişasını qıcıqlandıra bilər.

İstifadə qaydası və dozası:

Dərman preparatı yalnız yerli olaraq – konyunktival kisəciyə istifadə üçün nəzərdə tutulmuşdur. İstifadədən əvvəl filakonu çalxalamaq lazımdır! Bu dərman həkimin göstərişlərinə uyğun olaraq istifadə olunur. Nəyəsə şübhə yaranarsa, həkimás və ya əczaçya müraciət etmək lazımdır.

Kəskin itihabi vəziyyətlərdə: konyunktival kisəciyə 2 gün müddətində gündə 4-5 dəfə 1-2 damcı, sonra isə 4-6 gün

müddətində gündə 3-4 dəfə 1-2 damcı damızdırılır.

Xroniki iltihabi vəziyyətlərdə: konyunktival kisəciyə 3-6 həftə müddətində gündə 2 dəfə 1-2 damcı damızdırılır.

Müalicə müddəti 6 həftədən çox olmamalıdır.

İltihabi simptomların intensivlik dərəcəsindən asılı olaraq, oftalmoloji əməliyyatlardan və travmalardan sonra: konyunktival kisəciyə 2-4 həftə müddətində gündə 2-4 dəfə 1-2 damcı damızdırılır:

— əməliyyatın keçirildiyi gün və ya filtrləyici qlaukoma əleyhinə əməliyyatdan sonrakı gün

— əməliyyatdan sonra 8-ci gündən başlayaraq: çəpgözlülüklə, torlu qişanın laylanması ilə bağlı kataraktanın xaric edilməsi üzrə, həmçinin travmanın meydana çıxmasından etibarən.

Preparatın istifadəsi üçün təlimat:

  1. Dərmanı damızdırmazdan əvvəl əlləri yaxşı-yaxşı yumaq lazımdır.
  2. İstifadədən əvvəl filakonu çalxalamaq lazımdır.
  3. Flakonun qapağını burub açmalı.
  4. Başı geriyə əyib, aşağı göz qapağını aşağı çəkməklə, göz qapağı ilə göz alması arasında cib yaratmalı.
  5. Flakonu çevirməklə onun divarını baş və şəhadət barmaqları ilə ehtiyatla sıxaraq gözə bir damcı dərman damızdırmalı. Əgər damcı gözə düşməzsə, ikinci damcı damızdırılır.
  6. Deksametazon 0,1% dərman preparatının damızdırılmasından bilavasitə sonar 1 dəqiqəyə yaxın müddət ərzində gözün daxili küncünü barmaqla ehtiyatla sıxmaq lazımdır. Bu, bütün orqanizmdə arzuolunmaz reaksiyaların meydana çıxması riskini azaltmağa imkan verir.
  7. Əgər həkim dərmanın ikinci gözə də damızdırılmasını təyin etmişdirsə, 4-cü, 5-ci və 6-cı bəndlərdə göstərilənləri təkrar etmək lazımdır.
  8. Damcıladıcı elə düzəldilmişdir ki, o, damcıları dəqiq ölçməyə imkan verir, ona görə də damcıladıcının dəliyini böyütmək olmaz.
  9. Preparatın damızdırılmasından sonra filakonun qapağını burub bağlamaq lazımdır. Lakin qapağı çox güclü bağlamaq lazım deyildir.

Dərmanın bütün müalicə dövründə müntəzəm olaraq həkimin təyinatına uyğun şəkildə damızdırılması tövsiyə olunur.

Əlavə təsirləri:

Hər bir dərman vasitəsi kimi, bu preparat da hər xəstədə meydana çıxmasa da, əlavə təsirlərə malikdir.

Dərmanın damızdırılmasından bilavasitə sonra zəif yanğı hissi, sancmal hissi, konyunktivanın hiperemiyası və gözyaşlı ifrazının artması baş verə bilər. Yuxarıda göstərilən simptomlar 5-15 saniyə sonra aradan qalxır və dərmanın istifadəsini dayandırılmasını tələb etmirlər. Çox nadir hallarda (10 000 xəstədən 1-dən azında) aşağıdakı əlavə təsirlər meydana çıxa billər:

buynuz qişanın nazilməsi və ya göz almasının perforasiyası (görmənin pozulması, gözyaşı);

qlaukoma, gözdaxili təzyiqin yüksəlməsi;

görmə sinirində dəyişiklik;

katarakta (arxa kisəaltı katarakta adlandırılan);

görmə itiliyinin pozulması;

görmə sahəsinin daralması (görmənin qeyri-dəqiqliyi, görmənin itirilməsi, göz almasında ağrı, ürəkbulanma, qusma), gözlərin ikincili infeksiyası.

Hər hansı əlavə təsir, o cümlədən bu içlik vərəqədə qeyd edilməyən hər hansı əlavə təsir meydana çıxarsa, həkimə, əczaçıya və ya tibb bacısına müraciət etmək lazımdır.

Doza həddinin aşılması:

Preparatın uzun müddət istifadəsi daksametazonun sistem təsir göstərməsinə səbəb ola bilər. Suspenziyanın təsadüfən udulması ciddi əlavə təsirlərin meydana çıxmasına səbəb olmur.

Deksametazon 0,1% derman preparatımın istifadasi unuldularsa:

Dərman preparatının bir dozasının istifadəsi unudularsa, onu mümkün qədər tez istifadə etmək lazımdır. Əgər dərman preparatının növbəti dozasının damızdırılması vaxtı yaxınlaşırsa, unudulmuş dozanı buraxmaq və növbəti dozanı təyin edilmiş doza sxeminə uyğun olaraq damızdırmaq lazımdır. Buraxılmış dozanın əvəzinə dərman preparatını ikiqat dozada istifadə etmək olmaz.

Buraxılış forması:  Göz damcıları 1 mq/ml. 5 ml suspenziya, polietilen filakonlarda. 1 filakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti: 15°C-25°C temperaturda, qaranlıqda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Flakon açıldıqdan sonra preparatı 4 həftədən artıq müddət ərzində istifadə etmək olmaz.

Dərman preparatını çirkab sularına və məişət tullantıkarının içərisinə atmaq olmaz. Artıq istifadə olunmayan dərman preparatının hara atılmalı olduğunu əczaçıdan soruşun. Bu tədbir, ətraf mühitin qorunmasına xidmət edir.

Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Aptekdan reseptsiz buraxılır.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...