DAXİLİ XƏSTƏLİKLƏR

Daxili xəstəliklər mütəxəssisinin əhatə dairəsi nədir, nələrdən ibarətdir və nə zaman müraciət etməliyik? .

Bu gün müasir tibbdə elmi və texnoloji inkişafa paralel olaraq daxili xəstəliklər (iç hastalıklar) bölümü özü özlüyündə bir çox şaxələrə ayrılmaqla bərabər, yetkin xəstə qrupunun qeyri-cərrahi bütün şikayətlərinin birbaşa həlli mərkəzindədir.

Daxili xəstəliklər bölümü (iç hastalıklar) üst və alt tənəffüs yolu xəstəlikləri, hipertansion, şəkərli diabet, tiroid xəstəlikləri, xolesterol və triqliserid yüksəklikləri, həzm sistemi xəstəlikləri (qastrit, xora, reflyu və s.), qaraciyər və öd kisəsi xəstəlikləri, ağciyər xəstəlikləri (xronik bronxit, enfizema, astma və s.), böyrək xəstəlikləri, anemiya və digər qan xəstəliklərinin müalicə və diaqnostikası, müxtəlif xərçəng xəstəliklərinin vaxtında diaqnostikası, revmatizmal xəstəliklər, əzələ və skelet sistemi xəstəliklərini əhatə edir.

loading...

Daxili xəstəliklər (iç hastalıklar) mütəxəssisi diaqnoz qoyduğu xəstəni ümumi cərrahiyyə başda olmaqla bütün cərrahi sahələrə yönəldə bilər.

Xülasə, daxili xəstəliklər bölümü, yetkin insanların bütün sağlıq problemlərinin erkən müalicə və ya diaqnostikası üçün ilk seçilməli mərkəzdir.

Dr. Natavan Məmmədova

loading...

Bunuda oxu...