DARÇININ PƏHRİZDƏ ROLU

Darçın
Darçın

Qanda olan qlükozanın hüceyrələrə daşınmasına bəzi komponentlər ehtiva edən darçın bədənin əlavə insulin ifraz etməsinin qarşısını alır. Bu sahədə aparılan bəzi araşdırmalar gündə 3-6 qram darçın sərf edən tip 2 diabet xəstələrinin zərdab qlükozasının və xolesterin səviyyələrinin düşdüyünü ortaya qoymuşdur.

Pəhrizə daha çox darçın əlavə edərək;

loading...

1 – Qlükozanın orqanizm tərəfindən daha yaxşı işlənməsinə yardım göstərə bilər.

2 – Orqanizmin enerji mənbəyi kimi yağ deposunu istifadə etməsini təmin edə bilər.

3 – Yeməklərdən sonra daha uzun sürən toxluq hissi yaşaya bilərsiniz.

Darçını dieta üçün necə istifadə edə bilərəm?

Darçın çayı hazırlaya, meyvələrin və ya qatığın üstünə səpə bilərsiniz.

Darçın çayı tərifi:

Darçın çayını çubuq və ya toz darçınla hazırlaya bilərsiniz. Toz darçın istifadə edəcəksinizsə, 1 böyük stəkan çay üçün 1-1.5 çay qaşığı darçın yetərli olacaqdır. Darçını qaynamış suya əlavə edib qarışdırandan sonra içə bilərsiniz. Çubuq darçın istifadə edəcəksinizsə, stəkana aldığınız qaynadılmiş suyun içinə 1 ədəd çubuq darçın ataraq 8-10 dəqiqə dəmlənməsini gözləyin. Darçın çubuğu stəkandan böyük olarsa, bir neçə hissəyə bölərək hamısının suyun içində olmasına diqqət yetirin. Çayını şirinləşdirmək üçün 2-3 diş mixək və/ və ya 1 dilim limon əlavə edə bilərsiniz.

Darçın qan şəkərini tarazlaşdırmağa kömək edir, ancaq qidalanmağı sağlam təşkil etməsəniz, təkbaşına darçının bir təsiri olmayacaq. Bədənin daha çox yağ yığılmasına yolaçan qan şəkəri və insulin hormonu dalğalanmasını qarşısını almaq üçün qida lifi baxımından zəngin qidaları daha çox istifadə etməlisiniz. Çaya, kofeyə şəkərəlavə etməmək, sonradan şəkər əlavə olunmuş qidaları yeməmək, ağ çörək yerinətam taxıllı, kəpək və ya çovdar çörəyi yemək lazımlı olan digər məsləhətlərdir.

loading...

Bunuda oxu...