DƏRİ VƏ ONUN TÖRƏMƏLƏRİ

Dəri çox funksiyalı, mürəkkəb orqandır. Dərinin əsas funksiyası orqanizmi xarici mühitin zərərli təsirlərindən müdafiə etməkdir. Dəridə çoxlu miqdarda mexano, xemo və termo reseptorlar vardır.

Dəri maddələr müadiləsində, bədən temperaturunun nizamlanmasında, bədəndən lazımsız maddələrin xaric olunmasında və D vitaminin sintezində iştirak edir, suda və havada daxili mühitin sabitliyinin təmin edilməsində mühüm rol oynayır.

Dəri qan deposu funksiyası yerinə yetirir. Dəri bədəndə olan qanın 10%-ni özündə saxlayır. Eyni zamanda dəri sorma funksiyasını yerinə yetirir, yağ həlledicilərində hazırlanmış dərmanı maddələr dərinin piy qatında əriyərək asanlıqla bədənə sorulur.

loading...

Dərinin piy vəzləri onun səthini yağlayaraq, tükləri qırılmaqdan və dərini qurumaqdan müdafiə edir. Dəri bədənin bir sıra yerlərində inkişaf və diferensiasiya edərək, forma və quruluşunu dəyişir dəri törəmələrinə çevrilir. Dəri törəmələrinə tüklər, dırnaq, caynaq, buynuz, tər, piy və süd vəzisi aiddir.

Minoqalarda buynuzlaşmış dişlər,reptililərdə pulcuqlar, qın və caynaqlar quşlarda lələklər və dimdik, məməlilərdə dırnaq, caynaq dırnaq pulcuqları, tüklər, yun və buynuzlar nəinki özünü müdafiə üçün, eyni zamanda cinsiyyət instiktinə, yırtıcılığa və bədən temperaturunun sabit saxlanması üçün zəruridir. Piqmentasiya, immun mexanizmlər, mexano, xemo və termoreseptorlar da dərinin mühafizəedici komponentləri olub, xarici mühitdən müxtəlif informasiyaların bədənə axımını təmin edir. Orqanizmin dəri törəmələri olan tər və piy vəzlərinin sekretləri də mühafizəedici əhəmiyyətə malikdir. Quşlarda və məməlilərdə lələkləri, yunu, dəri səthini yağlayan lipidlər və bədən temperaturunun tənzimində iştirak edən tər vəzləri mühafizəedici elementlərdir. Müxtəlif onurğalılarda epidermis və onun törəmələri quruluşca fərqli olsalar da aşağıdakı ümumi xüsusiyyətlərə malikdir:

  1. Ektodermadan yaranan epiteli hüceyrələri altında mezodermadan yaranan hüceyrələr olur;
  2. Fasiləsiz olaraq, differensasiya olunan hüceyrələrin başlanğıc populyasiyaları olur;
  3. Derma keratinzasiya olunan bütün toxumalara təsir edir. Heyvanların növ xüsusiyyətlərindən asılı olaraq dəri spesifik dəri törəmələrinə malikdir. Məsələn, məməlilərdə dırnaq, buynuz tük örtüyü, süd vəzisi, quşlarda dimdik,pipik və lələkləri göstərmək olar.

Dəri 2 embrional mayadan inkişaf edir. Epidermiş rüşeymin ektodermasından, xüsusi dəri və dərialtı piy toxuması isə mezenximadan inkişaf edir.

loading...

Bunuda oxu...