DƏMİRİN ORQANİZMDƏ ROLU

Dəmir orqanizmdə vacib rolu olan minerallardan biridir. Dəmir hemoglobin, mioglobin (əzələ lifləri) və fermentlərin sintezində iştirak edir.

Dəmir defisiti baxımından kimlər risk altındadır?

6 ay tamam olmasına baxmayaraq əlave qidaya başlamamış uşaqlar (xüsusən ana südü ilə qidalananlar)

loading...

1 yaşacan menyusunda inək südü olan uşaqlar

1 yaşdan yuxarı menyusunda həddən artıq inək südü olan uşaqlar

Yetkinlik yaşına çatmış qızlar

Günlük menyusunda dəmirlə zəngin yemək olmayan uşaqlar

Xroniki iltihabi xəstəliyi olanlar

Mədə-bağırsaqda sorulmanın pozulmasına səbəb ola biləcək hər hansı proses olanlar

Ana südündə dəmir süni qarışıqlardan daha azdır, amma bu dəmir qana daha effektiv sorularaq uşağın həyatının ilk 6 ayında ona kifayət edir.

Dəmir defisiti olan uşaqlarda ürək küyləri, tezyorulma, halsızlıq, diqqət dağınıqlığı, dərslərdən geri qalma, əzələ gücünün az olması, iştahsızlıq, tez tez xəstələnmə, xəstəliklərin fəsadlaşması görülür. Əgər uşağınızda qanazlığı varsa növünü və səbəbini tapıb vaxtında müalicə edin…

Dr. Ellada Nağıyeva

loading...

Bunlarıda bəyənə bilərsiniz ...