CÜZAM

Cüzam periferik sinir sistemi və dəri başda olmaqla bir çox sistem və təşkilatlara təsir edən yoluxucu xəstəlikdir. Ancaq yoluxma ehtimalı yoxdu deyəcək qədər azdı. Buna görə uzun illər yoluxucu xəstəlik kimi qəbul olunmamış, ancaq xalq arasında ən azı vəba qədər yoluxmasından qorxulan bir xəstəlik olmuşdur.

Hələ də yoluxma mexanizmi tam öyrənilməmişdir. Əgər cüzamlı xəstələrə vaxtında diaqnoz qoyulmasa və müalicə aparılmasa,  sinir toxumasında bas verən dağıntıyla əlaqədar olaraq xüsusilə əl, ayaq və gözdə bəzi forma dəyişiklikləri və şikəstliklər meydana gələ bilər. Zamanında diaqnoz qoyularaq müalicə alan xəstələrdə şikəstlik olmaz.

Cüzam xəstəliyini əmələ gətirən basilə qarşı insanların çoxunda təbii immunitet halı vardır. Bu insaların özlərindən əvvəlki nəsildən gələn xüsusiyyətdir. Bu insanlar lepra basilini alsalarda, bədən müqavimətləri basili yox edəcəyi üçün xəstəlik ortaya çıxmayacaqdır. Bu immunitet halını ölmüş lepra basilləri ilə edilən Lepromin testi ilə anlamaq mümkündür. Ancaq çox az nisbət insanda bu təbii müqavimət halı özündən əvvəlki nəsillərdən onlara keçməz.

loading...

Bu kəslər daha çox lepralı xəstələrin yaxınlarıdı. Əgər bu müqavimətsiz şəxslərin yaxın ətraflarında çölə lepra basili çıxaran müalicəsiz bir lepralı xəstə varsa və bu adamla uzun davamlı və yaxın təması olmuşsa bunun nəticəsi olaraq damla yolu ilə alacaqları çox saydakı lepra basili səbəbiylə xəstəliyə tutula bilər. Xəstəlik bilavasitə təmas, yaxud hava-damcı yolu ilə yoluxur.

Yoluxma üçün sıx və uzunmüddətli təmasların olması vacibdir. Bətndaxili yoluxmanın mümkünlüyü sübut edilmişdir, lakin doğulduqdan sonra valideynlərindən ayrılmış  uşaqların əksəriyyəti xəstələnmirlər. Xəstəlik zəif kontagiozluğa malikdir. Cüzama yoluxma dərəcəsi əsasən mikroorqanizmin rezistentlik vəziyyətinə təsir edən sosial-iqtisadi amillərdən asılıdır.

İnfeksiyanın giriş qapısı yuxarı tənəffüs yollarının selikli qişaları və zədələnmiş dəri örtükləridir. Törədicinin orqanizmə daxil olduğu yerdə dəyişiklik baş vermir. Törədici periferik sinir liflərinin lemmositlərinə, buradan isə limfa və qan kapillyarlarına daxil olaraq orqanizmdə yayılır. Cüzamda bütün sonrakı hüceyrə zədələnmələri və xəstəliyin inkişafı bütövlüklə makroorqanizmin rezistentlik vəziyyəti ilə müəyyən edilir.

Əksər hallarda törədici orqanizdən kənarlaşdırılır, yaxud xəstəlik latent gedişə malik olaraq ömür boyu təzahür etmir. Normal immuniteti olan şəxslərdə xəstəliyin xoş xassəli tuberkuloid forması baş verir.  Zəif rezistentliyə malik şəxslərdə xəstəliyin ağır leqromatoz forması inkişaf edir. Bu forma dəri və selikli qişalarda “leproz hüceyrələr “ plazmosid, limfosit fibroblastlardan ibarət qranulaların əmələ gəlməsi və periferik sinir zədələnməsi ilə xarakterizə olunur. Bəzi hallarda xəstəliyin aralıq – differensasiya olunmuş formalarına da rast gəlinir.

loading...

Bunuda oxu...