CUSHING XƏSTƏLİYİ

Hipofiz vəzidə törəmə ilə müşahidə olunan “Cushing” sindromu qısa zamanda müalicə olunmazsa həyati təhlükə yarada bilər.

Cushing olan xəstələrin çoxu, xəstəliyin ilkin dövrlərində bədənlərində baş verən dəyişikliklərə fikir verməyə bilərlər. Amma zaman keçdikcə bu şikayətlər daha ağır şəkildə özünü göstərə bilər. “Cushing ” sindromu beyin və ürək-damar sisteminə ciddi xəsarətlər verir. Qeyd edəkki, bu xəstəlik müalicə olunmazsa 5 il ərzində xəstələrin 50%-i həyatını itirə bilir.

Bu problem daha çox gənc qadınlarda müşahidə olunur ( 18-40 yaş arası).

loading...

Cushing özü ilə bərabər bir sıra ciddi xəstəlikləri də gətirir. Bunlardan şəkərli diabet, osterioparoz, ürək-damar problemləri və s.

Bütün xəstəliklərdə olduğu kimi Cushing kimi ağır xəstəlikdə də, erkən diaqnostika, erkən müalicə böyük əhəmiyyət daşıyır. Xəstəliyin əsas əlamətləri bunlardır:

Çəkinin artması

Üzün ay formasında olması

Bədəndə aşırı şişkinlik

Qadınlarda aybaşı nizamsızlığı

Bədəndə çəhrayı striyalar (cızgilər)

Depressiya

Əzələ ağrıları

Dəridə səpkilər, sızanaqlar

Tüklənmə (qadınlarda)

Son illərdə Cushing xəstəliyi daha çox müşahidə olunur. Bu səbəbdən özünüzdə və ya yaxınlarınızda yuxarıda qeyd olunanları müşahidə etdiyiniz halda gecikmədən həkimə müraciət edin. Əks halda bu xəstəlik sağlamlığınızda ciddi ağırlaşmalara səbəb ola bilər.

Dr. Rövşən Həsənov

loading...

Bunuda oxu...