ÇOXDÖLLÜ HAMİLƏLİK

Çoxdöllü hamiləlikƏkiz hamiləliklər eyni yumurta və müxtəlif yumurta əkizləri olaraq təsnif edilir. Cüt yumurta əkizləri iki ayrı yumurtanın döllənməsilə meydana gələr və bu cür əkizlərin ayrı amniyotik kisələri, körpənin içində iştirak etdiyi maye dolu kisə, və ayrı-ayrı plasentaları vardır.

Tək yumurta əkizləri isə tək bir yumurtanın döllənmə sonrasında bölünür meydana gələr və bölünmə zamanına görə fərqli xüsusiyyətlər göstərər.

Bölünmə 0-3-cü günlər arasında reallaşsa, hər iki körpənin amniyotik kisəsi və plasentası ayrı-ayrı; 4-8-ci günlər arasında olursa amniyotik kisələri ayrı, lakin plasentaları ortaq; 9-12-ci günlər arasında reallaşması halında isə həm amniyotik kisələri həm də plasentaları ortaqolar. On üçüncü gündən sonra bölünmə isə yapışıq əkizlərlə nəticələnər.

loading...

Tək yumurta əkizlərinin təxminən 30%-ı, cüt yumurta əkizlərinin olduğu kimi, iki ayrı kisə və plasentaya sahibkən, təxminən 70%-ında ortaq plasenta və iki ayrı kisə, 1%-indən isə ortaq plasenta və amniyotik kisə söz mövzusudur.

250 hamiləlikdə 1 əkiz, 8000 hamiləlikdə 1 üçüz, 700 000 hamiləlikdə 1 dördüz meydana gəlməkdədir. Çoxdöllü hamiləlik olma ehtimalını artıran əsas faktor sonsuzluq müalicəsidir. Lakin başqa faktorlar da mövcuddur. İrq, yaş, irsi və əvvəlki hamiləlik eyni yumurta əkizi olma ehtimalını artırmaz, lakin ayrı yumurta əkizi olma ehtimalını artırır. Sonsuzluq müalicəsi eyni yumurta əkizi olma ehtimalını da, ayrı yumurta əkizi olma ehtimalını da artırmaqdadır.

İlk üç ayda hamiləliyin çoxdöllü olduğunu təyin etmək yalnız ultrasəs müayinəsi vasitəsilə mümkündür. Hamiləlikdə ilk ultrason üçün ideal zaman 7-ci həftədir. Çoxluq hamiləliklərdə bulanma, qusma kimi hamiləlik əlamətləri daha şiddətli yaşana bilər.

Auskultasiya zamanı 2 dölün ürək döyünməsinin eşidildiyi nöqtələr təyin edilir. Hər 2 dölün ürək fəaliyyətini eyni vaxtda xüsusi kardiomonitorla tədqiq etmək olar.

Çoxdöllü hamiləliyin digər əlamətlərindən biri kimi uşaqlıq dibinin ortasında çuxurun əmələ gəlməsini qeyd etmək olar. Bu çuxur döllərin uşaqlıq dibinin kənarlarını öz iri hissələri ilə qabartmaları nəticəsində, ortada əmələ gəlir. Çoxdöllü hamiləliyin əmələ gəlməsində biokimyəvi testlərin də öz rolu vardır, belə ki, çoxdöllü hamiləlik zamanı qanda xorion qonadotropininin və plasentar laktoqenin qatılığı təkdöllü hamiləlikdəkinə nisbətən çox olur.

Ultrasəs müayinəsi nəinki çoxdöllü hamiləliyin diaqnozunu və sayını (2, 3, 4) dəqiqləşdirır, həmçinin döllərin çəkilərini müəyyənləşdiıməyə imkan verir. EKQ və KTQ çoxdöllü hamiləliyin diaqnozunu təsdiq etməyə və döllərin vəziyyətini qiymətləndirməyə imkan verir.

Əksər hallarda döllərin vəziyyəti boylama olur. Müxtəlif variantlar ola bilər: döllərin hər ikisi baş gəlişində, hər ikisi sağrı gəlişində, biri baş, digəri sağrı gəlişində. Bəzən döllərin biri boylama, digəri köndələn vəziyyətdə olur. Daha nadir hallarda hər iki döl köndələn vəziyyətdə ola bilər.

Normal bir hamiləlik müddəti 37 ilə 42 həftə arasında dəyişməkdədir. Əkiz hamiləliklər hərdən bir 40 həftəyə qədər irəliləməkdədir, lakin çox zaman erkən doğum baş verir. Fetus sayı artdıqca gözlənilən hamiləlik müddəti azalmaqdadır. Ortalama müddət əkizlər üçün 35 həftə, üçüz üçün 33 həftə və dördüz üçün 29 həftədir.

Şəbnəm Bağırlı

loading...

Bunuda oxu...