ÇOX YEMƏ – KÖKƏLMƏNİN ƏSAS SƏBƏBLƏRİNDƏN BİRİ

Kökəlmənin əsas səbəblərindən biri normadan çox yeməkdir. Bu problemin həlli isə çox yeməyin səbəbini öyrənməkdədir.

Yazımızda çox yeməyin bəzi səbəblərindən və onlarla necə mübarizə etmək haqqında söz edəcəyik.

1ci səbəb: emosional vəziyyət. Daimi stress, işdə problemlər çox yemənin səbəbi ola bilər. Bundan əlavə bütün günü işləmək və doyunca yatmamaq normadan çox yeməyə yol aça bilər.

loading...

Həlli: həyatınıza yeni xoş emosiyalar və təəssüratlar daxil edin. Maraqlı hobbi ilə məşqul olun, yeni məkana gedin və ya sadəcə həftədə bir dəfə telefonu söndürüb dincəlin.

2ci səbəb: kənar işlər. Adətən kinoteatrda, kompyuter və ya televizor arxasında fikir vermədən atışdırmalıqlar çox yeyilir.

Həlli: yemək yeyəndə fikriniz yeməkdə olsun və başqa işlə məşqul olmadan yeyin.

3cü səbəb: çox ac qalmaq. Mühüm deyil qəsdən ac qalırsız və ya yeməyə vaxtınız olmur hər iki halda orqanizmi stressə salırsız. Bu səbəbdən yemək yeyəndə daha çox yeyəcəksiniz, çünki toxluq hissi gec gələcək. Bu orqanizmin cavab olaraq reaksiyasıdır.

Həlli: aclıq hiss edən kimi yemək yeyin. Hər zaman özünüzlə atışdırmalıq olsun ki, vaxtında yeyə biləsiz.

Əgər çox yeməyinizin səbəbini araşdıra bilsəniz onda həllini də tapa biləcəksiz. Özünüz problemi həll edə bilmirsizsə mütəxəssisə müraciət edin.

Dr. Vüsalə Tağıyeva

loading...

Bunuda oxu...