COVID-19

COVİD-19Hal hazırda COVID-19 epidemiyasının hələ də davam etməsi, hətta bəzi ölkələrdə yenidən güclənmiş xəstəlik dalğası vəziyyətin ciddi olduğundan xəbər verir və bir çox müalicə metodları və dərmanlar istifadə olunsa da onların tam effekti hələ təsdiq olunmayıb.

Bu metodlarında məsələn sağalmış insaninın plazmasından digər insana peyvənd şəklində vurulması və s. çoxlu sayda çatışmayan cəhətləri və bir çox incəlikləri var.

Demək ki tibb aləmi hələ bu qorxunc virusun qarşısında acizdir. Ən gözəli profilaktikadir yəni virusdan qorunma. Əgər hələ də yoluxmamısınızsa bu çox yaxşıdır. Lakin epidemiyanın hələ 2 ay, bəlkə də, daha çox davam edəcəyini nəzərə alsaq bundan sonra da gigiyenaya diqqət yetirməyə və qorunmağa ciddi əsas var.

loading...

Bu virus lipofildir – yəni yağlı molekulladır. Ona görə yağları nə həll edirsə sabun, duru sabun, qab şampunu effektivdir. Yəni əllərin tez tez yuyulması ən önəmli məsələdir.

Əllərin dezinfeksiyasi. Əgər evdən çölə çıxmısınızsa geri qayıdanda mütləq əlləri və hətta aldığınız əşya və ya bağlı ərzaq məhsullarını öncə spirtlə dezinfeksiya edin. 30 saniyədən sonra isə əlləri sabunla yaxşıca yuyun.

Əgər daha güclü dezinfekant istəyirsinizsə bunu özünüz də hazırlaya bilərsiz. Hal hazırda satışda olan bir litrlik 95 %li spirti hər hansı sprey formalı qaba boşaldın. Üzərinə bir flakon 100ml 3%li hidrogen peroksid (perekis) əlavə edin və çalxalayın. Vəssalam. Daha güclü dezinfekantınız var artıq. Əgər bunu tək əllər üçün istifadə edəcəksinizsə o zaman əllərin qurumaması üçün üzərinə bir flakon qliserin də əlavə edə bilərsiniz.

COVID-19 virusu üçün mübarizədə yalnız N95 maskası effektivdir. Və maskanı əslində xəstə adam taxmalıdır. Əgər o maskanı əldə edə bilmirsinizsə adi maska istifadə edə bilərsiniz necə olmasa daha çox virus hissəciyi ilə kontaktın qarşısını almış olarsız. Maskanı hər dəfə ala bilmirsinizsə yuxarıda resepti göstərilən dezinfekantla dezinfeksiya edib quruduqdan sonra ütüləyib istifadə edə bilərsiz.

Bir yoluxmuş lakin heç bir simptomu olmayan xəstə 30-60 insanı yoluxdura bilər. Odur ki ən gözəli evdə qalın.

Dr. Pediatr-Naturopat Aida Rəşidova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...