COVİD ƏLAMƏTİMİZ VARSA NƏ ETMƏLİYİK – həkim məsləhəti

Koronavirus sürətlə yayılmaqda davam edir. Hətta deyərdim ki, yenidən mutasiya uğrayıb ya da daha çox insan yoluxdurduqca aktivləşir. Görmüşük ki, su çiçəyi ya qızılca virusu yayılanda bir evdə üç uşaq yoluxanda ilk xəstələnən ilə son xəstələnən arasında fərq olsun, yəni xəstəlik yayıldıqca əlamətlər sönük olur və epidemiya bitir. Bu virusda isə əksini görürük. Sanki virusa tapşırıq da verilib: “Uşaqlara dəymə”.

dr. Ayten İsmayilzadeVirus əlaməti 37 hərarət ilə başlayır. “yəqin dondurmanı çox yedim, soyuqlamışam” deməyin. Epidemiya dövründə ehtimal olunan hər xəstəliyi kənara qoyuruq. Hərarət varsa Covid var deyirik. İlk nöbvədə özünüzü izolyasiya edəcəksiniz. Hərarətli ikən liftə minmək, ictimai nəqliyyatdan istifadə, aptekə gedib dərman almaq olmaz. Maskanız olsa belə olmaz!

Əgər ailəlisinizsə və ailədə hər kəslə yaxin-uzaq kontaktınız olubsa ailəlikcə izolyasiya olunursunuz. Hərarəti olmayanlar da həmçinin. Siz evdə qalın, qaynana-qaynata dərman gətirsin? Olmaz.

loading...

Vəziyyətiniz barədə tanıdığınız həkimə, sahə həkiminizə məlumat verin.

Evdə izolyasiya zamanı 103-ə zəng vurun demirəm. Artıq bizə statistika da lazım deyil. Gəlib analiz  götürəndə onlar da yoluxacaq, sonra gedib başqalarını yoluxduracaq ya da özləri risk altında olacaqlar. Siz ən yaxşısı hərarət oldusa özünüzü Covid bilin və panikaya düşmədən doğru addımlayın.

Evdə izolyasiya olsanız da sizə dərman lazım olacaq. Dərmanları evə çatdırma edən aptek şəbəkələrindən istəyə bilərsiz. Uzaq məsafəni saxlamaqla gələn kuryerdən dərmanları qəbul edin. Kuryer isə sizdən ödənişi online olaraq qəbul etsə yaxşı olar.

Dadbilmə, iybilmə hissiyatınız itsə də yeməkdən imtina etməyin. Bol maye, meyvə tərəvəz, zülallı qidalar yeyin.

Nəyi bilirsinizsə edin: zoğallı, moruqlu çay, qarqara, soğan – sarımsaq və s. Dərmanı isə həkim deyəcək. Burdan yazmıram. Çünki bunun hamiləsi var, südverəni var, uşağı var qocası var, həm də yanaşı xəstəliyi olan da var. Bir də sink. Məsələn, Zinkarot 25 mg. Vitamin c. Ni də unutmayın. Yüksək doza.

İndiyədək istifadə edib heç bir reaksiyanız olmayıbsa özünüz də onu ya venaya ya əzələyə vura bilərsiniz..

Covid ehtimalımız varsa ağciyərləri yoxlamalıyıq. KT olunmalıdır,  ya heç olmasa rentgen. Amma necə və harda? Xəstə liftdə qonşunu, maşında sürücünü, reseptionda qəbul xanımlarını, KT-də texniki və həkimi yoluxdura bilər.

Buna görə təklif edirəm ki, məhz virus ehtimalı olan xəstələrin yoxlanılması uçun yerlər ayrılsın. Xəstələrin yatırıldığı yerlərdə deyil, çunki insanlar ora “bəlkə heç məndə yoxdur, gedib yoluxaram” deyəcək.

Evdə qaldığınız müddətdə elə xəstəxanada ediləcək müalicəni ala biləcəksiniz. Bunun üçün virusəlehinə əla olmasa da orta təsirli prepatatlar, hormonal preparatlar və s. var. Arbidol tapılmır deyib panikaya düşməyin. Başqa alternativlər var. Onun da tərkibi umifenovirdir.

Amma özünüz erqoferon, viferon, ukraferon, engistol kimi yüngül preparatlar istifadə edə bilərsiz. “Ay onların mənası yoxdu, ay onlar sübut edilməyib” deməyin mənası yoxdu indiki vaxtda.

Evdə qaldığınız müddətdə vəziyyətinizlə bağlı əlamətləri şişirtmədən sahə həkiminizə, yaxud əlaqəniz olduğu həkimə bildirin. Onun ya bir tibb bacısınln evə gəlməyinə çalışmayın.

Evdə qalıb müalicə almaq yanaşı ciddi xəstəliyi olmayanlara aiddir. Şəkərli diabeti, astma, piylənmə, yüksək təziyq, ürək xəstəliyi olanlar xəstəxanaya aparılmalıdır. Çunki onlarda laxtalanma sistemi pozulur, yanaşı antibiotiklər, inhalyasiyalar lazım olur, tez müdaxilə edilməzsə vəziyyətdən çıxmazlar.

Bir də bu vəziyyətdə evdə nə qədər qalaq soruşursuz. Minimum 21 gün evdə izolyasiyada qalmalısız.

Uşağı yoluxan analar, stressə düşməyin. Dörd aylıq körpə belə bir günə atlatmışdır. Siz stressə girib öz immunitetinizi zəiflədərsiz, ağırlaşarsız və körpənizi anasız qoyarsız.

Dr. Aytən İsmayılzadə

loading...

Bunlarıda bəyənə bilərsiniz ...