ÇİYİNLƏR NİYƏ AĞRIYAR

ÇiyinƏksər insanlar masaj etdirərək ağrilardan qurtulacağini düşünər. Lakın, bu doğru deyıl…

Çiyin, böyük bir hərəkət aralığına sahib elə bir oynaqdan ibarətdir ki, belə hərəkətli bir oynaq, zədələnməyə qarşı daha həssasdır.

Çiyin ağrılarının səbəbləri nələrdir?

loading...

Çiyin ağrısı oynağı əhatə edən yumşaq toxumalardan, bazu oynağından və onu əmələ gətirən sümüklərdə və boyundan gələn sinirlərdən yarana bilər.

Çiyin qurşağına yayılan ağrılar:

Ürəkdən və ya qarın boşluğundan yayılan çiyin ağrıları: çiyin nahiyyəsinə boyundan və ya daxili orqanlardan əks olunan müxtəlif problemlər ola bilər.

Ürək, döş qəfəsindəki ağrılar çiyin qurşağına qonşu orqanlar olduğu üçün təsir edə bilir.

Boyun problemləri: Boyunda olan fəqərələrarası disklərdə yırtıq və ya digər bəzi boyun problemləri sinir köklərinə təzyiq edərək ağrının çiyin qurşağına doğru yayılmasını formalaşdıra bilirlər.

Torasik çıxış sindromu (Thoracic outlet syndrome): Qola doğru yayılan sinirlərin formalaşdırdığı sinir dəstələri, körpücük altı arterial və venoz damarları döş qəfəsindən çıxdığı yerdə müxtəlif səbəblərlə sıxılmalara rast gələ bilər.

Körpücük sümüyü, 7 boyun fəqərisinin yan çıxıntısı, birinci qabırğa, skalenus anterior adlı bir əzələnin formalaşdırdığı sahədə bəzən bir fibroz bağın yaranması zamanı “Döş qəfəsi çıxışı sindromu” adı verilən bir mənzərə ortaya çıxa bilər.

Donmuş çiyin

Bazu oynağı nahiyyəsində olan ağrı, hərəkət məhdudluğu şikayəti ilə özünü göstərən bir xəstəlikdir. Qadınlarda daha çox müşahidə edillir. Bir sıra faktorlar xüsusən şəkərli diabet, travma, hiperlipidemiya qeyd edilir.

Xəstəliyin əsas əlaməti ağrı (xəstələr hətta ağrının təsirindən gecə yuxudan ayılır) və hərəkət məhdudluğudur (bütün istiqamətlərə hərəkət məhdudluğu müşahidə edilir). Hərəkətsiz qaldıqca oynaq içi bitişmələr formalaşır və getdikcə hərəkət məhdudluğu daha da artar.

Nəticədə oynaq kapsulu qalınlaşır və büzüşür. Müəyyən vaxtdan sonra ağrılar azalır, lakin yerini oynaq hərəkətlərinin məhdudluğu tutur. Bu xəstəlik bəzən 1-2 il ərzində tədricən yavaş-yavaş yaxşılığa doğru gedə bilər.

Dr. Sənan Cəfərov

loading...

Bunuda oxu...